AVRO-2028: Millimiz seçmə mərhələdə 5 -ci səbətdə yer alacaq
Futbol üzrə Azərbaycan milli komandası 2028-ci ildə keçiriləcək Avropa çempionatının (AVRO-2028) seçmə mərhələsinin püşkatmasında 5-ci səbətdə yer alacaq. Mediaxeberleri.Az xəbər verir ki, yığmamız Malta, Litva, Şimali İrlandiya, Andorra və Lixtenşteyn komandaları ilə birlikdə qərarlaşacaq. Püşkatma mərasimi bu il dekabrın 6-da Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək. Qeyd edək ki, seçmə mərhələnin qrup oyunları 2027-ci ilin mart-noyabr aylarında olacaq. Qitə birinciliyinin final mərhələsi Böyük Britaniya və İrlandiyada təşkil olunacaq.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















