Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Azərbaycan kuboku: “Ağstafa Gəncləri” “Şəmkir”ə qarşı - CANLI
  • Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir
  • Naxçıvanın Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu - BUNDAN SONRA...
  • İcra Hakimiyyəti başçısından nümunəvi addım - FOTOLAR
  • Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
  • Kimya üzrə Nobel mükafatı onlara verildi
  • "Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək"
  • Mingəçevirdə repetitorluq edən müəllim həbs olundu
  • “Dərslik nəşri elmə deyil, ticarətə xidmət edir” - Fazil Mustafadan sərt İTTİHAM
  • Ayın 8-də də yağış yağacaq - Proqnoz
  • Jurnalistlərin qurultayının vaxtı dəyişdirildi
  • İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair maarifləndirici tədbir keçirilib
  • “TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” - VİDEO
  • Mehriban Rəhimliyə hökm oxundu
  • Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Əvəz Məmmədovu ildönümündə ehtiramla anırıq
  • Hökumət korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsini təmin edəcəkmi? - Deputatdan AÇIQLAMA
  • Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatarlar hərəkət edəcək
  • August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiyadır - Media və Yayım Şurası - (Foto)
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

  • Tarix: Bu gün, 15:19

Mediaxeberleri.Az Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan briqada generalı, hərbi strateq, analitik və yazıçı, dr. Osman Qazi Kandemirin Türkiyə və Azərbaycan münasibətləri ilə bağlı “İndependent Türkçe”də dərc olunan “Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan” məqaləsini təqdim edir:

Otuz ildən çoxdur ki, "iki dövlət, bir millət" ifadəsi Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin həm tərifi, həm də təminatı rolunu oynayır. Bu ifadə iki xalq arasındakı duyğusal yaxınlığı dəqiq əks etdirir. Lakin şüarlar münasibətlərin mahiyyətini izah etmir, sadəcə onlara legitimlik qazandırır. Bu gün verilməli olan sual fərqlidir: Azərbaycan gücləndikcə və xarici siyasətdəki əhatə dairəsini genişləndirdikcə, bu münasibətlərin məntiqi necə dəyişir?

Türkiyə-Azərbaycan münasibətləri səssiz, lakin dərin bir transformasiyadan keçir. Biz kimlik və həmrəyliyə əsaslanan asimmetrik strukturdan hər iki tərəfin öz maraqlarını nəzərə aldığı daha balanslı tərəfdaşlığa doğru irəliləyirik. Bu, zəifləmə deyil, yetkinləşmə prosesidir. Lakin məsələ ondadır ki, hələ heç bir ölkə bu transformasiyanı konseptual şəkildə müəyyən etməyib və münasibətlər köhnə ritorika ilə idarə olunmağa davam edir.

Ağabəydən ("Böyük qardaş"dan) müttəfiqə doğru

Müstəqilliyin ilk illərindən 2020-ci ilə qədər münasibətlərin xarakteri aydın idi. Türkiyə himayəçi “ağabəy” ("böyük qardaş"), Azərbaycan isə ərazisinin beşdə birini itirmiş və mühasirəyə alınmış "kiçik qardaş" rolunda idi. 1993-cü ildə Kəlbəcərin işğalından sonra Türkiyənin Ermənistanla sərhədi bağlamaq qərarı bu dövrün əsas simvoluna çevrilmişdi. Bakının xarici siyasəti vahid bir hədəfə köklənmişdi və Ankara həmin hədəfə çatmaqda ən etibarlı dayaq nöqtəsi idi.

2020-ci il müharibəsi münasibətlərin təbiətini dəyişdi. Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları, həmçinin hərbi təlim və məsləhət dəstəyi Azərbaycanın qələbəsində həlledici rol oynadı. Bundan əlavə, 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə qaldırdı və ilk dəfə olaraq qarşılıqlı yardım müddəasını özündə ehtiva etdi. Asimmetriya qalmaqda davam etsə də, tərəfdaşlıq artıq kağız üzərində də təsbit olunmuşdu.

Əsas dönüş nöqtəsi 2023-cü ilin sentyabrında baş verdi. Qarabağ məsələsi hərbi yolla həll edildikdən sonra Azərbaycanın otuz il ərzində daşıdığı strateji yük aradan qalxdı. Bu mərhələdə güc balansında diqqətçəkən bir dəyişiklik başladı. Bakının Türkiyəyə olan strateji ehtiyacı azaldı. Türkiyənin enerji, nəqliyyat dəhlizləri və Türk dünyasına çıxış baxımından Azərbaycana olan ehtiyacı isə azalmadı, əksinə, daha da artdı.

Asimmetriya azaldıqca

Beynəlxalq münasibətlər üzrə elmi ədəbiyyat bu transformasiyanı anlamaq üçün iki faydalı yanaşma təklif edir. Birincisi, Brantli Vomakın (Brantly Womack) asimmetriya nəzəriyyəsidir. Vomak vurğulayır ki, daha güclü tərəf münasibətlərə daha az, zəif tərəf isə qat-qat çox diqqət yetirir. Güclü tərəf üçün bu münasibətlər gündəlikdəki bir çox məsələdən sadəcə biridir; zəif tərəf üçün isə həyati əhəmiyyət kəsb edir. Diqqət səviyyəsindəki bu fərq sistemli yanlış təsəvvürlər yaradır. Güclü tərəf zəif tərəfin müstəqil addımlarını nankorluq kimi qiymətləndirdiyi halda, zəif tərəf güclü tərəfin laqeydliyini təhqiramiz münasibət kimi qəbul edir.

Vomaka görə, sabitliyin düsturu zəif tərəfin hörmət nümayiş etdirməsi və güclü tərəfin onun muxtariyyətini tanımasından ibarətdir.

2009-cu il Sürix Protokolları bu qavrayış fərqinin bariz nümunəsidir. Ankara Ermənistanla normallaşmanı özünün regional təşəbbüslərinin bir hissəsi kimi qiymətləndirdiyi halda, Bakı eyni addımı xəyanət aktı kimi qəbul edirdi.

İkinci yanaşma Qlenn Snayderin "ittifaq təhlükəsizliyi dilemması" adlandırdığı məsələdir. Müttəfiqlər bir yandan tərk edilməkdən, digər tərəfdən tərəfdaşlarının hərəkətləri ucbatından istənilməyən gərginliklərə cəlb olunmaqdan ehtiyat edirlər; bu iki qorxu bir-biri ilə tərs mütənasibdir. Öhdəliyin gücləndirilməsi tərk edilmə riskini azaldır, lakin arzuolunmaz münaqişəyə cəlb olunma riskini artırır. Məhz buna görə də Şuşa Bəyannaməsindəki qarşılıqlı yardım müddəası Türkiyə üçün yeni bir strateji hesablamanı ifadə edir.

Fərqli üstünlüklər

İsrail bunun ən bariz nümunəsidir. Türkiyə 2024-cü ilin may ayında İsraillə ticarəti dayandıraraq sərt mövqe tutdu. Azərbaycan isə İsraillə enerji və müdafiə sahəsindəki əlaqələrini davam etdirir. İsrailin neft idxalının əhəmiyyətli bir hissəsi Azərbaycandan gəlir və bu neft Türkiyə ərazisindən – Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə nəql olunur. Bu vəziyyət iki paytaxtın regional təhlükələrlə bağlı qavrayışlarının nə dərəcədə fərqli ola biləcəyini açıq şəkildə nümayiş etdirir.

İkinci nümunə Rusiyadır. Ankara Moskva ilə balanslı və nəzarət altında saxlanılan münasibətlər yürüdür. Lakin Bakı 2024-cü ilin dekabrında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasından sonra daha sərt mövqe tutdu. Kremlə qarşı nümayiş etdirilən bu açıq mövqe o demək idi ki, Azərbaycan artıq özünü Rusiyanın təsir dairəsində hesab etmir.

Üçüncü – və bəlkə də ən vacib nümunə Vaşinqtondur. 2025-ci ilin avqustunda Ağ Evdə paraflanmış sülh sazişi və onunla əlaqəli "Sülh və Rifah naminə Tramp Beynəlxalq Marşrutu" (TRIPP) - Naxçıvan əlaqəsini ABŞ-ın birbaşa iştirak etdiyi bir arxitekturaya çevirdi. İllər ərzində Türkiyə Zəngəzur dəhlizinin əsas təşviqçisi olmuşdur. Bəs bu gün Ankara bu marşrutun formalaşdırılmasında mərkəzi rol oynayır, yoxsa sadəcə kənarda qalır? Bu sual açıq şəkildə verilməlidir.

Mərkəzi Asiya da diqqətdən kənarda qalmamalı olan digər bir sahədir. Azərbaycan Mərkəzi Asiya liderləri ilə məsləhətləşmə görüşlərində iştirak etməklə Azərbaycan Türkiyənin daxil olmadığı bir əməkdaşlıq kanalı açmışdır. Bunu rəqabət əlaməti kimi qiymətləndirmək şişirtmə olardı. Bununla belə, bu vəziyyət Türk Dövlətləri Təşkilatı daxilində rolların necə bölüşdürüləcəyi ilə bağlı sual doğurur.

Tarixi paralellik

Soyuq müharibə dövründə Qərbi Almaniya ilə ABŞ arasında oxşar bir vəziyyətin şahidi olmuşduq. Villi Brandt 1969-cu ildən etibarən Şərq Blokuna qarşı müstəqil siyasət yürütməyə başlayanda Vaşinqtonda ciddi narahatlıqlar yaranmışdı. Bonnun öz yolunu müəyyənləşdirməsi müttəfiqlik münasibətlərinə sədaqətsizlik kimi qiymətləndirilə bilərdi. Nəticədə, müttəfiqlik zəifləmədi; əksinə, daha da gücləndi. Bunun səbəbi hər iki tərəfin fikir ayrılıqlarını gizlətmək əvəzinə, onları məsləhətləşmə mexanizmləri vasitəsilə idarə etməyi seçməsi idi.

Bu bənzətmə mövcud vəziyyəti anlamaq üçün faydalıdır. Müttəfiqin daha çox muxtariyyətə doğru addım atması avtomatik olaraq müttəfiqliyi sarsıtmır. Müttəfiqliyi sarsıdan məqam muxtariyyətə yönələn bu addımın müzakirə edilməməsi və idarə olunmamasıdır.

İmkanlar da eyni dərəcədə əhəmiyyətlidir

Mənzərəyə yalnız fikir ayrılığı olan sahələr prizmasından baxmaq yanlış olardı. İki ölkə arasındakı qarşılıqlı asılılıq heç vaxt olmadığı qədər dərindir. STAR neft emalı zavodu və "Petkim" kimi investisiyalar sayəsində SOCAR Türkiyədəki ən böyük xarici investorlardan biri kimi çıxış edir. TANAP Avropaya nəql olunan Azərbaycan qazı üçün əsas dayaq rolunu oynayır. "Orta Dəhliz"in gələcəyi hər iki xalq üçün ortaq maraq kəsb edən məsələdir. Eyni zamanda, müdafiə sənayesindəki əməkdaşlıq qarşılıqlı etimadın ən bariz göstəricisi olaraq qalır.

Ermənistanla normallaşma məsələsinə gəldikdə isə ilk dəfə olaraq əsl imkan pəncərəsi açılıb. İllər ərzində Ankara Ermənistanla münasibətlərini Bakının müəyyən etdiyi qrafikə uyğunlaşdırmışdı. Sülh prosesi irəlilədikcə, hər iki paytaxt ilk dəfə olaraq həmrəylik içində hərəkət edə bilər. Daha müstəqil və özünə əmin olan Azərbaycan Türkiyənin yükünü artıran deyil, gücünü artıran bir tərəfdaşa çevrilə bilər.

Türkiyə üçün qarşıdakı yol

Mənim fikrimcə, ilk addım münasibətləri kimlik dilindən təsisat (institut) dilinə keçirməkdir. Hazırda Türkiyə-Azərbaycan münasibətləri əsasən liderlər arasındakı şəxsi əlaqələrə söykənir. Bu əlaqə güclü olsa da, institusional çərçivəni əvəz edə bilməz. Xarici siyasət, müdafiə və enerji sahələrində mütəmadi fəaliyyət göstərən strateji məsləhətləşmə mexanizmi, fikir ayrılıqlarının böhrana səbəb olmadan müzakirə edilə biləcəyi bir platforma təmin edərdi.

İkinci addım fikir ayrılığı olan sahələri gizlətmək deyil, onları idarə etməkdir. İsrail və Rusiya ilə bağlı fərqli mövqelər ictimai müstəvidə görməzdən gəlinsə, bir gün gözlənilməz bir böhran şəklində üzə çıxa bilər. Bu məsələləri əvvəlcədən müəyyən etmək və onların sərhədlərini birgə müəyyənləşdirmək daha ağıllı addım olardı.

Üçüncü addım TRIPP prosesində Türkiyənin roluna aydınlıq gətirməkdir. Naxçıvan əlaqəsi Türkiyə üçün tarixi bir hədəf idi. Əgər bu xəttin Türkiyənin öz dəmir yolu və avtomobil yolu layihələri ilə necə inteqrasiya olunacağı qeyri-müəyyən qalarsa, Ankara öz vizyonundan kənarda qalmaq riski ilə üzləşə bilər.

Nəticə

Qardaşlıq seçilməz, tərəfdaşlıq isə hər gün yenidən qurulur. Türkiyə ilə Azərbaycan arasındakı duyğusal bağ dəyişməyəcək; dəyişən şey, məhz bu bağ üzərində qurulmuş siyasi və strateji strukturdu. Azərbaycan artıq himayəyə ehtiyacı olan "kiçik qardaş" deyil, öz yolunu müəyyən edən və təsir dairəsini genişləndirən regional bir aktordur.

Türkiyə üçün əsl risk Azərbaycanın müstəqilləşməsi deyil.

Əsl risk Azərbaycanın müstəqilliyə doğru bu addımını Ankaranın sədaqət məsələsi kimi qiymətləndirməsi olardı.

Bu transformasiyanı düzgün anlayan Türkiyə qardaşını itirməyəcək, əksinə, daha güclü bir tərəfdaş qazanacaq.


Oxunub: 35
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:14 | Azərbaycan kuboku: “Ağstafa Gəncləri” “Şəmkir”ə qarşı - CANLI
    Bu gün, 15:19 | Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir
    Bu gün, 15:17 | Naxçıvanın Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu - BUNDAN SONRA...
    Bu gün, 15:01 | İcra Hakimiyyəti başçısından nümunəvi addım - FOTOLAR
    Bu gün, 14:16 | Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
    Bu gün, 14:14 | Kimya üzrə Nobel mükafatı onlara verildi
    Bu gün, 14:13 | "Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək"
    Bu gün, 14:11 | Mingəçevirdə repetitorluq edən müəllim həbs olundu
    Bu gün, 13:46 | “Dərslik nəşri elmə deyil, ticarətə xidmət edir” - Fazil Mustafadan sərt İTTİHAM
    Bu gün, 13:41 | Ayın 8-də də yağış yağacaq - Proqnoz
    Bu gün, 13:36 | Jurnalistlərin qurultayının vaxtı dəyişdirildi
    Bu gün, 13:31 | İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair maarifləndirici tədbir keçirilib
    Bu gün, 13:27 | “TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” - VİDEO
    Bu gün, 13:25 | Mehriban Rəhimliyə hökm oxundu
    Bu gün, 13:04 | Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
    Bu gün, 13:00 | Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Bu gün, 12:55 | Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Əvəz Məmmədovu ildönümündə ehtiramla anırıq
    Bu gün, 12:53 | Hökumət korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsini təmin edəcəkmi? - Deputatdan AÇIQLAMA
    Bu gün, 12:35 | Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatarlar hərəkət edəcək
    Bu gün, 12:33 | August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiyadır - Media və Yayım Şurası - (Foto)
    Bu gün, 12:30 | Azərbaycanın puluna yağlanan... buğlanan ŞAMİL AYRIM... - Hətta nəvələrini də SOCAR-da işə düzəltməyə çalışır...
    Bu gün, 12:23 | Qazaxda şəhər ərazisində məişət tullantılarının daşınması üçün yeni maşın ayrılıb
    Bu gün, 12:19 | "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    Bu gün, 12:15 | Azərbaycan nefti 120 dollara ticarət olunur
    Bu gün, 12:09 | Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
    Bu gün, 12:05 | Azərbaycan vətəndaşlarının bir qrupu Rusiyadan deportasiya olunacaq
    Bu gün, 12:04 | Elza Seyidcahanla Rəşid Mahmudovun məhkəməsi: 10 min istədi, 500 manat alacaq
    Bu gün, 12:02 | Bakıda dəhşət: 40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü - QISQANCLIQ
    Bu gün, 12:01 | Müştərinin 10 manatına da TAMAH SALIRLAR... - AXI NİYƏ?..
    Bu gün, 11:57 | AVTOBUSDA, METRODA, XİDMƏT MƏNTƏQƏSİNDƏ... - Növbə savaşı niyə bitmir?
    Bu gün, 11:56 | ƏMƏK PENSİYASI ALA BİLMƏYƏNLƏRİN SAYI ARTIR – 180 minə yaxın vətəndaş 220 manat alır...
    Bu gün, 11:31 | QARABAĞDA BU İŞ YERLƏRİ BOŞ QALIB... - 1800 - 2100 manat maaş təklif olunur + TAM SİYAHI
    Bu gün, 10:53 | “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    Bu gün, 10:40 | Müəllimlər üçün geyim qaydaları və tələbləri müəyyən edildi - Nazirlər Kabineti təsdiqlədi
    Bu gün, 10:33 | Azərbaycan kubokunda yeni mövsümə start verilir: “Ağstafa Gəncləri” “Şəmkir”ə qarşı
    Bu gün, 10:24 | Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama
    Bu gün, 10:22 | Böyük Vedi: Əsrlər boyu azərbaycanlıların yaşadığı qədim yurd - Foto/Video
    Bu gün, 09:18 | Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video
    Bu gün, 07:53 | Ronaldo qərarını açıqlayıb
    Bu gün, 07:51 | Vəba epidemiyası: Bu, Rusiyanın sonunu gətirə bilər
    Bu gün, 07:50 | Bu çörək xərçəngi inkişaf etdirə bilər
    Dünən, 17:08 | Ermənistan parlamentində Azərbaycan əsgərinə görə əlbəyaxa dava - VİDEO
    Dünən, 16:19 | Prezident gözlənilən FƏRMANI imzaladı - TƏCİLİ!
    Dünən, 15:40 | Qazaxda 20 yaşlı gənc toyda bıçaqlanıb
    Dünən, 13:23 | Həbsi gündəm olan Əflatun Məmmədov əslində kimdir? – DOSYE
    Dünən, 13:21 | Habil Vəliyevlə bağlı qərar verildi
    Dünən, 13:19 | 12 azərbaycanlı Rostovda dənizdə çarəsiz qaldı - Video
    Dünən, 13:18 | Bakıya intensiv yağış yağacaq
    Dünən, 13:16 | Təcili Yardıma yeni direktor təyin edildi - Foto
    Dünən, 11:10 | Bakıda konserti olacaqdı - Həbs cəzası verildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.