İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair maarifləndirici tədbir keçirilib
İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair maarifləndirici tədbir keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, 06 oktyabr 2026-cı il tarixində Qazax Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-də “2023–2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”na uyğun olaraq ixtioz və bullyoz epidermoliz xəstəliklərinin profilaktikası, eləcə də təhsilalan və təhsilverənlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbir Kollecin Zoobaytar Fənn Birləşmə Komissiyası tərəfindən təşkil olunub. Tədbirdə Qazax Rayon Mərkəzi Xəstəxanasının dermatoloq həkimləri Yeganə Qocayeva, Yaşar İsmayılov, Kollecin Baytarlıq ixtisası üzrə təhsil alan tələbələri və müəllim heyəti iştirak edib. Tədbir çərçivəsində mütəxəssislər tərəfindən ixtioz və bullyoz epidermoliz xəstəlikləri, onların xüsusiyyətləri, yaranma səbəbləri, müalicə və profilaktikası ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda, xəstəliklərin erkən əlamətləri, düzgün yanaşma və profilaktik tədbirlərin əhəmiyyəti barədə təqdimatlar edilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və xəstəliklər barədə düzgün məlumatlandırmanın sağlamlığın qorunmasında mühüm rol oynadığı vurğulanıb.























