“TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” - VİDEO
Artıq 2 gündür xəstəxanalarda TƏBİB-in sistemində problem yaranması ilə bağlı iddia yayılıb. Bu barədə sosial şəbəkə hesabında bloqer Gülnar Nəsibli paylaşım edib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya İnstitutunda sistemin işləməməsi ucbatından saatlarla uzanan növbə yaranıb: “Artıq ikinci gündür ki, TƏBİB-in sistemi işləmir. Travmalı insanlar saatlarla növbədə gözləməli olur. Ağrı içində gözləyən xəstələrin əsəbləri tarıma çəkilir. Vətəndaşlar bu qədər əziyyət çəkməməlidir. Qaytarın reyestr, kağız dövrünü, rəqəmsallıq bizə yarımadı...” Problemlə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















