Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatarlar hərəkət edəcək
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək. Mediaxeberleri.Az ADY-yə istinadən xəbər verir ki, əlavə reyslər 10 və 11 oktyabr tarixlərində həyata keçiriləcək. Eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Biletləri ADY-nin rəsmi internet saytı, "ADY Mobile" tətbiqi və dəmir yolu kassalarından əldə etmək mümkündür.
Oxunub: 42
Xəbəri paylaş
Paylaş:





















