Bakıda dəhşət: 40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü - QISQANCLIQ
Bakının Xəzər rayonunda qəsdən adam öldürmə hadisəsi baş verib. Lent.az xəbər verir ki, hadisə Binə qəsəbəsində alınıb. Məlumata görə, 40 yaşlı Bakı şəhər sakini Museyib Əhmədov qısqanclıq zəminində 24 yaşlı həyat yoldaşı Fatimə Rəhmanzadənin kürək nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirib. Yaralı qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Museyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 31
Xəbəri paylaş
Paylaş:





















