AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
Xırdalanda yerləşən AAAF Park Yaşayış komplekslərindən birində yaşayan 1050 ailə hələ də maliyyə arayışları ala bilməyiblər. Bu səbəbdən, onlar mənzilləri üçün çıxarış əldə edə bilmirlər. Sakinlərin sözlərinə görə, mənzillərlə bağlı heç bir borcları olmadığı halda uzun müddətdır kı, şirkət onlara maliyyə arayışlarını təqdim etməkdən boyun qaçırır. Sakinlər bildirirlər ki, yaşayış kompleksi inşa edilərkən onlara müxtəlif vədlər verilib. Lakin illər keçməsinə baxmayaraq, binaların ətrafında və həyətində sakinlərin gözləntilərinə uyğun xidmət və şərait tam şəkildə yaradılmayıb. Məsələ ilə bağlı sakinlər dəfələrlə aidiyyəti qurumlara və şirkət rəhbərliyinə müraciət etdiklərini, lakin problemin uzun müddət həllini tapmadığını deyirlər. Qeyd edək ki, “Xəzər Xəbər”in çəkilişindən sonra AAAF Park rəhbərliyi sakinləri qəbul edib. Nəticədə uzun müddətdir maliyyə arayışı ala bilməyən sakinlərə müvafiq sənədlərin təqdim olunmasına başlanılıb. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.






















