Tovuzda qəzalı vəziyyətdə olan bağça uşaqlar üçün təhlükə yaradır - VİDEO
Belə ki, rayonun Aşağı Öysüzlü kənd 1 saylı körpələr evi-uşaq bağçasının pəncərələri qırıq, döşəməsi çürük, damı isə köhnədir. Görünür, 1971-ci ildən fəaliyyət göstərən bağça artıq istismar müddətini başa vurub. Burada çalışan müəllimlər hər an təşviş içərisində olduqlarını bildiriblər. Valideynlərin sözlərinə görə, yağış yağarkən su bağçanın içərisinə dolur. Nəticədə uşaqlar tez-tez xəstələnir və bu da davamiyyətə ciddi təsir edir. Daha ətraflı “ATV Xəbər”in süjetində:
Tovuz rayonunda uşaq bağçası qəzalı vəziyyətdədir.
Oxunub: 298
Xəbəri paylaş
Paylaş: