2030-cu ilə qədər Qarabağa bu qədər vəsait xərclənəcək
İşğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsindən ayrılan vəsaitlər ilbəil artırılacaq. İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Yenipress.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, həmin Proqramın icrası üçün ümumilikdə, təqribən, 30,5 milyard manat məbləğində vəsait tələb olunur: “Eləcə də azad edilmiş rayonların hər birinin Baş planaları ilə bağlı tədbirlər proqramında 2040-cı ilə kimi hədəflər müəyyən olunub ki, bu da əlavə vəsaitlərin ayrılmasına səbəb olacaq”.
Oxunub: 229
Xəbəri paylaş
Paylaş: