Ukraynaya göndərilən mərmilər 4 dəfə bahalaşdı
Yeni cəbhələrdə döyüşmək qorxusu artdıqca, ABŞ və Avropada silah istehsalını artırmaq tələbi çoxalır. Mediaxeberleri.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Vol Strit Jurnal" məlumat yayıb. Məlumata görə, Qərbin müdafiə qurumlarının rəsmiləri narahatdırlar ki, İsrail müharibəyə başladığı üçün Qərbin Ukraynaya Rusiya ilə döyüşdə yardım etdiyi artilleriya mərmiləri və digər silahların çatışmazlığı yarana bilər: "Tələb istehsaldan daha sürətlə artdığından bəzi malların qiymətləri kəskin artıb.155 mm-lik NATO standartlı artilleriya mərmilərinin hər biri Rusiyanın Ukraynanı işğal etməzdən əvvəl təxminən 2100 dollara başa gəldiyi halda, indi dörd dəfə artaraq, təxminən 8400 dollara çatıb".
Oxunub: 239
Xəbəri paylaş
Paylaş: