Mahaçqalada iğtişaşlarda iştirak edən bütün şəxslər məsuliyyətə cəlb olunacaqlar
Dağıstan hakimiyyəti hava limanında vəziyyəti nəzarətdə saxlayır və vətəndaşlardan Mahaçqala-Kaspiysk avtomobil yoluna getməməyi xahiş edib. "Report" xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb. “Hava limanında baş vermiş insidentlə əlaqədar respublika sakinlərindən Mahaçqala-Kaspiysk avtomobil yolunda nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırmağı xahiş edirik”, - məlumatda deyilir. Qeyd olunur ki, hava limanında vəziyyət nəzarət altındadır, təhlükəsizlik xidmətləri ərazidə işləyir. Oktyabrın 29-da naməlum şəxslər Mahaçqala hava limanına daxil olaraq icazəsiz aksiya keçirməyə cəhd edib. Daha sonra hava limanı müvəqqəti bağlanıb. Faktla bağlı cinayət işi açılıb.
Oxunub: 207
Xəbəri paylaş
Paylaş: