Hamilə həyat yoldaşını QƏTLƏ YETİRDİ - 1 il idi ailə qurduqları
Adanada ötən gün səhər saat saat 06:00 radələrində 4 aylıq hamilə olan həyat yoldaşı Hatice Demirlə dava edən Emrah Demir küçəyə çıxaraq "Arvadımı öldürdüm deyəsən" deyərək qışqırıb. Mediaxeberleri.Az Trend-ə istinadən xəbər verir ki, hadisə yerinə çağırılan həkimlər qadının öldüyünü təsbit ediblər. İlkin baxış zamanı hamilə qadının suda boğularaq öldürüldüyü ehtimal edilib. Polislər mərhumun həyat yoldaşı - şübhəli Emrah Demiri nəzarətə götürüb. Digər tərəfdən, şübhəlinin küçədə gördüyü 10 yaşlı uşağı da boğmağa çalışdığı iddia edilib. Qeyd edək ki, cütlük 1 il idi ki, ailəli idilər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxunub: 248
Xəbəri paylaş
Paylaş: