Ərdoğan: “Güclü Türkiyə üçün çalışmağa davam edəcəyik”
“Güclü Türkiyə üçün çalışmağa davam edəcəyik”. Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə verilən rəsmi ziyafətin iştirakçılarına videomüraciəti zamanı deyib. Türkiyə Prezidenti ölkəsində və dünyanın dörd bir yanında yaşayan vətəndaşları Cümhuriyyət bayramı münasibətilə təbrik edib: “Bizimlə bu sevinci paylaşan dostlarımıza təşəkkür edirik. 1000 ildir vətən torpaqlarını qanla sulayan şəhidlərimizi, Cümhuriyyətimizin banisi Mustafa Kamal Atatürkü hörmətlə anıram. Kökünü tariximizdən aldığımız ilhamla Cümhuriyyətimizi daha da inkişaf etdirmək ən önəmli vəzifəmizdir”. R.T.Ərdoğan vurğulayıb ki, son 20 ildə Türkiyənin müasir mədəniyyətin ən üst səviyyəsinə çıxarılması üçün bütün sahələrdə islahatlar həyata keçirilib: “Dövlət və millət arasındakı divarı qaldırdıq. Bundan sonra ölkəmizin geosiyasi baxımdan daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Ölkəmizin düşmənlərinin bütün səylərinə baxmayaraq, biz güclü Türkiyə üçün çalışmağa davam edəcəyik”. Mənbə: Haber Türk