Azərbaycanın minifutbol millisi dünya çempionatında növbəti qələbəsini qazanıb
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Misir ilə üz-üzə gəlib. Qarşılaşma millimizin 4:1 hesablı qələbəsi ilə bitib. Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar. Qeyd edək ki, Azərbaycan komandası ilk matçda İraqı 2:0 hesabı ilə üstələyib. Yığma oktyabrın 31-də Küveytlə qarşılaşacaq.
Oxunub: 319
Xəbəri paylaş
Paylaş: