Ukrayna Krıma 36 PUA ilə hücum etdi
Oktyabrın 29-na keçən gecə Ukrayna ordusu Krımdakı obyektlərə təyyarə tipli PUA ilə hücum edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb. “Növbətçi hava hücumundan müdafiə sistemləri Qara dəniz və Krım yarımadasının şimal-qərb hissəsi üzərində Ukraynaya məxsus 36 pilotsuz uçuş aparatını məhv edib”, - məlumatda bildirilib.
Oxunub: 289
Xəbəri paylaş
Paylaş: