Premyer Liqa: “Zirə” “Səbail”i, “Turan Tovuz” “Kəpəz”i qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək. “Report”un məlumatına görə, açılış matçı Bakıda baş tutacaq. İlk olaraq “Zirə” “Səbail”i qəbul edəcək. Meydan sahibləri 20 xalla liderdirlər. “Dənizçilər” isə 17 xalla üçüncü pillədə qərarlaşıblar. Günün ikinci qarşılaşmasında Qərb derbisi gerçəkləşəcək. “Turan Tovuz” doğma meydanda “Kəpəz”lə üz-üzə gələcək. Tovuz təmsilçisi 12 xalla yeddinci, Gəncə klubu altı xalla sonuncu - 10-cu sıradadır. Azərbaycan Premyer Liqası, XI tur 16:00. “Zirə” - “Səbail” Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev. Hakim-inspektor: Barış Şimşək. AFFA nümayəndəsi: Eldəniz Musayev. “Zirə” İK stadionu. 19:00. “Turan Tovuz” - “Kəpəz” Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Əsgər Əmirəliyev. Tovuz şəhər stadionu. Qeyd edək ki, XI turun digər görüşləri 29-30 oktyabrda baş tutacaq.