Oktyabrda yaz havası: istilər davam edəcək?
Əvvəlki illərdə oktyabr ayında daha isti günlər olub. Bu ay keçid ayı olduğu üçün havanın dəyişkən olması normaldır. Bu sözləri Mediaxeberleri.Az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. “Əvvəlki illərlə müqayisə etsək, rekord istilər qeydə alınmayıb. Hava bəzi günlərdə iqlim normasına yaxın, bəzi günlər də isə 3-4 dərəcə yüksək olub. Oktyabr ayının sonuna kimi ölkə ərazisində mühüm bir hava dəyişikliyi gözlənilmir. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu aran rayonlarında 24-29, Bakıda və Abşeron yarımadasında 22-27, dağlıq və dağətəyi rayonlarda isə 15-20 dərəcə isti olacaq”, - Məmmədova bildirib.
Oxunub: 201
Xəbəri paylaş
Paylaş: