Mediaxeberleri.az
    
  • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
    Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
  • 
  • MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
    MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
  • 
  • Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
    Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
  • 
  • Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
    Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
  • 
  • 17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
    17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
  • 
  • KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
    KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
  • 
  • Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
    Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
  • 
  • MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
    MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
  • 
  • “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
    “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
  • 
  • Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
    Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
  • 
  • Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
    Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
  • 
  • Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
    Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
  • 
  • Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
    Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
  • 
  • Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
    Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
  • 
  • Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
    Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
  • 
  • Qazaxda müşavirə keçirilib
    Qazaxda müşavirə keçirilib
  • 
  • “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i  4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
    “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i 4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
  • 
  • Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO
    Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO
  • 
  • Çətinliklə yuxuya gedənlərdə insult riski çox artır – Diqqət
    Çətinliklə yuxuya gedənlərdə insult riski çox artır – Diqqət
  • 
  • Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
    Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
  • 
  • Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
    Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi

Son xəbərlər :
  • Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video
  • İlham Əliyev Tokayevi təbrik etdi
  • İranda böyük qaz yatağı kəşf edildi
  • Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi
  • Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib
  • Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video
  • “Mançester Siti”dən 18 ildən sonra ilk...
  • Deputatdan Bakı-Daşkənd münasibətləri ilə bağlı AÇIQLAMA: "Tarixi əhəmiyyət daşıyır"
  • Prezident Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi
  • Misli Premyer Liqası: Bu gün "Turan Tovuz" və "Neftçi" meydana çıxır
  • İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
  • Zirvə görüşündə hansı məsələlər müzakirə olunacaq? - VİDEO
  • Messi "İnter Mayami"də ardıcıl ikinci oyunda qol vurdu - VİDEO
  • Qazaxda QƏZA: 3 nəfər öldü
  • Rusiya Ukraynada sərnişin qatarını vurdu
  • Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR
  • Prezidentin səfərindən öncə Daşkənddə möhtəşəm dron şou - VİDEO
  • Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
  • Evdə bağlanmış bankaları nə qədər saxlamaq olar?
  • Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Müzakirə açma, fikir bildirmə, qalsın içi göynəyə-göynəyə...

  • Tarix: 28-10-2023, 02:44

Aqşin Kərimov yazır…

Deyirlər, zövqlər müxtəlifdir, amma pisi burasıdır ki, müxtəlif zövqlər kütləvi bir şüur formasında vahidləşərək qulaqbatıran xora çevrilir. Bu zaman zövqlərdəki “rəngarəngliyin” məzmun cəhətdən nə qədər faydasız olduğu, forma baxımından isə kütləvi psixoz vəziyyətində ifadəsi üzə çıxır.

Etiraf edirəm ki, elə fikirlər olur ki, onun yaxşı və ya pis vərdişləri təşviq etdiyi mübahisələndirilir, qeydlərim bu kimi mövqelərə aid deyil.

Təbii ki, söhbət neqativ tendensiyalardan, cəmiyyəti zərrə qədər irəli aparmayan, əksinə, geri salan mənasız müzakirələr toplusunun ictimai şüura güllə kimi çaxılmasından gedir. İctimai düşüncə bu zaman yaralı şəkildə fikir bildirir, kimisi yanaraq, kimisi qeyri-səmimi notlarla, kimisi də xala-xətrin qalmasın deyə müzakirə lentlərində görünür.

Sanki ən hərarətli, kifayət qədər ciddi, hətta taleyüklü məsələlərin gündəmdə qalmasını kimsə istəmir, bilərəkdən ortaya məzmunsuz, şit, bayağı, məntiq cəhətdən xətalı mövqelər atılır və əsas mövzular sıxışdırılır.

Özünün piarını bir qara qəpiyə dəyməyən, lakin cəmiyyətin sarı siminə toxunan şəkildə gündəmə gətirməklə aparanlar bu yarışda öndədirlər. Onlar üçün dəyər anlayışı yoxdur, bu arada, dəyər məfhumu təkcə müsəlman coğrafiyasına xas deyil, bu, ümumi, hətta qlobal anlayışdır.

Yəni sözüm odur ki, tez-tez “müasir bayatılar” oxuyanlar elə düşünməsinlər ki, kimsə onlara qarşı çıxırsa, deməli, cahil və kütbeyindirlər.

Cahillik və kütbeyinlik o cür ucuz fenomenlərin öz vücudlarında və şüurlarında təcəlla edir. Vücud sözünü kiminsə fiziki görkəminə lağ etmək mənasında işlətmirəm, yəqin, əziz oxucu nə demək istədiyimi çox yaxşı anlayar.

Pisi odur ki, cəmiyyəti inkişaf etdirəcək dəyər və ya ideya ortaya çıxara bilməyib, yaratdığı ikrah doğuran obrazlarla, özlərinə süni qiymətlər qoymaqla gündəmdə qalmaq istəyənlər isə məqsədlərinə çatırlar.

Konkret adbaad, bir hadisə və ya müzakirə üzərindən fikir yürütmürəm, bu tendensiya ümumi ictimai bəlaya çevrilib, yəqin ki, xeyli insan da bunun şahidi olub. Cəmiyyətin, ictimai münasibətlərin sistemli təhlilə, ictimai psixologiyamızın dərin analizə ehtiyacı var.

Gündə bir yerini söydürməkdən həzz alanlara qarşı mübarizə üçün onları təhqir etmək də mənasızdır, birincisi, ən azından ona görə ki, təhqirli müzakirələr ictimai fəsadlara səbəb olur.

İkincisi, buna görə ki, onsuz da, söydüyünüz adamın məqsədi necə olursa-olsun gündəmdə oturub qalmaqdır, daha çox söyüləndə isə bundan ləzzət alır.

Başa düşürəm, gündəmin boğazında kal armud kimi qalan mövzular üzrə müzakirələr də aparmaq olar, amma ağını çıxarmadan. Yəni “it motaldan əl çəkdi, motal itdən yox” misalındakı kimi olmasın.

Məna yükü olmayan mövzuları gündəmdə saxlayanlardan biri də mediadır, yaxşı, sosial şəbəkələri başa düşdük, cavabdehlik yoxdur, peşəkarlıq tələb edilmir. Amma televiziyalar, saytlar çox ucuzluq dalınca qaçırlar, problemin mahiyyətini, kütləni qızışdıran fikirlərin səbəblərini öyrənmək əvəzinə, həmin mövqelərin işıqlandırılmasına önəm verirlər.

Deyə bilərsiniz ki, söz azadlığıdır, fikir və ifadə azadlığıdır. Lakin bir medianın söz azadlığına malik olması hələ onun peşəkar olduğu anlamını vermir. Bu da məsələnin ayrıca dərdli və qəmli tərəfidir.

Dediyim odur ki, media sosial şəbəkədə müzakirə olunan hər mövzunun tələsinə düşməməlidir. Mövzunun mahiyyətinə varmalıdır ki, bəs görəsən, hansısa natamamlıq kompleksindən əziyyət çəkən biri filan fikri niyə söyləyir? Media beyin hüceyrələri yalnız söyülmək üçün inkişaf edənlərin ictimai diaqnozunu qoyan materialları gündəmə gətirməlidir, təbii ki, ağıllı ekspertlərin, mütəxəssislərin dili ilə.

Bunu da görmürük, onda sual edilir, bəs nə edək? Görürsən ki, hamı hansısa fikrin mənasızlığından gileylənir, amma özü həmin mövqe ilə bağlı ard-arda postlar paylaşır. Lap deyək ki, lağ məqsədilə bu edilir, amma fikrin sahibinin mövqeyi axı yekunda rəqqas bədənini əsdirən kimi gündəmdə əsir. Məqsədi də o deyilmi?!

Deməli, kütlə şüuru yaranır, hamı xoşlasa da, xoşlamasa da, həmin fikir ətrafında müzakirələr açır. Deməli, şəxs məqsədinə çatdı, vəssalam!

Gündə özünə bir qiymət qoyanlara və ya guya müasir dəyər yaradanlara qarşı ən effektiv mübarizə onların informasiya blokadasına alınmasıdır. Deyibsə, desin, müzakirə açma, fikir bildirmə, qalsın içi göynəyə-göynəyə...


Oxunub: 469
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 21:11 | Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video
    Bu gün, 20:58 | İlham Əliyev Tokayevi təbrik etdi
    Bu gün, 20:53 | İranda böyük qaz yatağı kəşf edildi
    Bu gün, 20:50 | Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi
    Bu gün, 20:26 | Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib
    Bu gün, 20:24 | Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video
    Bu gün, 20:19 | “Mançester Siti”dən 18 ildən sonra ilk...
    Bu gün, 17:22 | Deputatdan Bakı-Daşkənd münasibətləri ilə bağlı AÇIQLAMA: "Tarixi əhəmiyyət daşıyır"
    Bu gün, 17:18 | Prezident Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi
    Bu gün, 13:56 | Misli Premyer Liqası: Bu gün "Turan Tovuz" və "Neftçi" meydana çıxır
    Bu gün, 13:06 | İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
    Bu gün, 11:57 | Zirvə görüşündə hansı məsələlər müzakirə olunacaq? - VİDEO
    Bu gün, 11:38 | Messi "İnter Mayami"də ardıcıl ikinci oyunda qol vurdu - VİDEO
    Bu gün, 11:33 | Qazaxda QƏZA: 3 nəfər öldü
    Bu gün, 11:31 | Rusiya Ukraynada sərnişin qatarını vurdu
    Bu gün, 10:33 | Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR
    Bu gün, 10:31 | Prezidentin səfərindən öncə Daşkənddə möhtəşəm dron şou - VİDEO
    Bu gün, 10:29 | Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
    Bu gün, 09:54 | Evdə bağlanmış bankaları nə qədər saxlamaq olar?
    Bu gün, 09:52 | Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
    Bu gün, 09:49 | Bu qarpızlar mədə və bağırsağı məhv edir
    Dünən, 22:41 | "Şəfa" "Qəbələ"yə, "Zirə" "İmişli"yə qalib gəldi
    Dünən, 21:33 | Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR
    Dünən, 21:13 | Sevastopola PUA hücumu: yaralılar var
    Dünən, 21:09 | Həkimdən HƏYƏCAN TƏBİLİ: Bağırsaq xərçəngi gəncləşir
    Dünən, 21:02 | NATO-nun kəşfiyyat təyyarəsi Rusiya ilə sərhəddə - Hansı məlumatlar gizlədilir?
    Dünən, 20:40 | Özbəkistanla Azərbaycan arasında 5 sahədə əməkdaşlığı əhatə edən sənədlər imzalanıb
    Dünən, 20:38 | Güləşçimiz dünya çempionatının finalına yüksəldi
    Dünən, 20:22 | Qazaxda keçmiş məhkum saxlanıldı: Dörd kiloqram narkotik və 300 həb AŞKARLANDI
    Dünən, 20:17 | Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama
    Dünən, 20:00 | Bakıda futbolçu öldü - Foto
    Dünən, 19:22 | Bakıda evdən oğurluq edən şəxslər saxlanıldı
    Dünən, 18:27 | Xalq artisti Şükufə Yusupovanı "İçərişəhər" metrostansiyasının yaxınlığında maşın vurub, reanimasiyadadır - YENİLƏNDİ
    Dünən, 18:25 | Medinanın oynadığı matçda yeni dünya rekordu
    Dünən, 16:22 | Ağstafada "TikTok" üçün video çəkən yeniyetməni CƏRƏYAN VURDU - SON DURUMU AÇIQLANDI
    Dünən, 11:50 | Bakıda gecə saatlarında "BAHALI" QƏZA: 7 maşın toqquşdu - VİDEO
    Dünən, 11:37 | Bakıya uçmalı olan təyyarələr havaya qalxa bilmir
    Dünən, 11:10 | İCRA HAKİMİYYƏTLƏRİ LƏĞV EDİLİR? – “Dəyişikliklərə ehtiyac var...”
    Dünən, 10:03 | Əməkdar jurnalist vəfat etdi - FOTO
    Dünən, 10:01 | Ukrayna ilk dəfə Rusiyanın bu şirkətini vurdu: xəsarət alanlar var
    Dünən, 08:23 | Böyük Avropa savaşı Almaniyada olacaq - Xəbərdarlıq
    Dünən, 07:46 | Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
    Dünən, 07:38 | Kələm dolması hazırlayanların DİQQƏTİNƏ!
    Dünən, 07:36 | "Qalatasaray" "Ərzurumspor"u darmadağın etdi
    21-08-2026, 23:24 | Şəmkir bazarında insident: "Parkovşik" döyüldü
    21-08-2026, 23:23 | Sabah Ermənistana propan və buğda göndəriləcək
    21-08-2026, 22:07 | Bağlanan universitetin tələbələri ilə bağlı hansı işlər görülür? - AÇIQLAMA
    21-08-2026, 22:04 | MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
    21-08-2026, 21:59 | Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
    21-08-2026, 21:56 | Millimiz Portuqaliya yığmasını məğlub etdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.