Rusiya bu ərazidə 5 min əsgər, onlarla texnika itirdi
Rusiya Avdeyevkada ciddi itkilər verib və bu, çox güman ki, uzunmüddətli perspektivdə onun hücum imkanlarını sarsıdacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumatda bildirilib ki, peyk görüntüləri Rusiya hərbçilərinin oktyabrın 10-dan 20-dək Avdeyevka bölgəsində ən azı 109 hərbi texnika, çoxsaylı zirehli döyüş maşını və tank itirdiyini təsdiqləyir. Ukraynanın Tavriya qüvvələrinin spikeri isə Rusiyanın bu müddətdə 5 min itkisi və yaralısı olduğunu açıqlayıb. Rusiya komandanlığı canlı qüvvədə ciddi itkiləri kompensasiya etmək və rus qoşunlarının hücumu davam etdirmək qabiliyyətini qorumaq üçün Avdeyevka cəbhəsinə əlavə qüvvələr köçürüb: “Amma Rusiya zirehli texnikasının itkisini kompensasiya etmək çətin olacaq”.