Davada öldürülən Ceyhunun qızına bu gün elçi gələcəkmiş
Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi deyilən qətl hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Oxu.az-a qətlə yetirilən Ceyhun Mirağayevin yaxın qohumu məlumat verib. O qeyd edib ki, C.Mirağayevin kriminal aləmin üzvü olması ilə bağlı məlumatı yoxdur: "Kriminal şəxsin ailəsi olmur. Onun iki övladı var. 19 yaşlı övladını dünən aparmışdılar, heç atasının dəfninə buraxmadılar. Qızına bu gün elçi gələcəkdi, xeyir iş olacaqdı".
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















