“Belələrinə ölüm cəzası verin!” - Brilliant Dadaşovadan SƏRT ÇAĞIRIŞ
Xalq artisti Brilliant Dadaşova Bakıda taksi sürücüsünün 11-ci sinif şagirdinə qarşı cinsi zorakılıq etməsi ilə bağlı iddialara münasibət bildirib. Mediaxeberleri.Az xəbər verir ki, müğənni hadisədə adı hallanan şəxsin ağır cəzalandırılmasını tələb edib. “Belə şərəfsizlərə ölüm cəzası verin, yaşamasın! Yaşayıb nə edəcək? Xərçəng xəstəliyinin dərmanını icad edəcək? Cəmiyyətdən ömürlük uzaqlaşdırın. Xahiş edirəm”, – deyə Brilliant Dadaşova bildirib. Pepperoni pizza Qeyd edək ki, iddiaya əsasən, 256 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü Çərkəz Hüseynoğlu məktəbliyə qarşı seksual xarakterli hərəkətlər edib. Şagirdin bacısı məsələ ilə bağlı sosial şəbəkədə video müraciət yayımlayaraq iddianı ictimailəşdirib.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















