SON DƏQİQƏ! Tramp təsdiqlədi, o da düyməyə basdı – Ukrayna ordusu yenidən hərəkətə keçir
ABŞ Prezidenti Donald Tramp Ukrayna hərbçiləri üçün Starlink peyk rabitə sisteminin hərbi versiyası olan Starshield-ə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırıldığını təsdiqləyib. Mediaxeberleri.Az xəbər verir ki, Tramp bu barədə jurnalistin SpaceX şirkətinin rəhbəri İlon Maska zəng edərək məhdudiyyətlərin götürülməsini istəyib-istəmədiyinə dair sualını cavablandırarkən danışıb. “Mən bunu şərh etmək istəmirəm. Bilirsiniz, ona mənim, yoxsa başqasının zəng etməsinin heç bir əhəmiyyəti yoxdur. Düşünürəm ki, əsas məsələ onun hər şeyi əvvəlki vəziyyətinə qaytarmasıdır”, – deyə Tramp bildirib. Xatırladaq ki, oktyabrın 14-də Ukrayna hərbçiləri Starlink və Starshield sistemlərinin fəaliyyətinə məhdudiyyətlər tətbiq olunduğunu bildirmişdilər. Məhdudiyyətlər xüsusilə yüksək sürətlə hərəkət edən pilotsuz uçuş aparatlarının rabitəsinə təsir göstərmişdi.
Musavat.com





















