Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev

Son xəbərlər :
  • Qazaxda növbəti əmək yarmarkası keçirilib
  • Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib
  • “Belələrinə ölüm cəzası verin!” - Brilliant Dadaşovadan SƏRT ÇAĞIRIŞ
  • Azərbaycanla bağlı yalan yayan jurnalist saxlanıldı
  • Azərbaycanda qadın evə gələn usta ilə ərinə xəyanət etdi — Dava düşdü
  • Başqasının kreditinə görə pensiyadan pul tutula bilər — Bu halda...
  • Ağstafada mərhuma ehsan verməyib əvəzində qəbirstanlıq yolunu təmir etdilər – FOTOLAR
  • XII Bakı Beynəlxalq Kitab Sərgisində AzTU tələbəsinin “AI Teacher” layihəsi təqdim olunub
  • Mətbuat Şurası jurnalistlərə çağırış etdi
  • Milli Qəhrəman Şükür Həmidovun anım günüdür
  • Pambıqçılara şad xəbər: Bu fermerlər daha çox subsidiya alacaq
  • “Sabah” - “Qarabağ” oyununun hakimləri bəlli oldu
  • Tovuzda 56 yaşlı kişi güllə yarasından öldü
  • Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
  • Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi
  • ABŞ və İsrail İrana yenidən zərbələr endirəcək?
  • Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?
  • Bakı və Sumqayıt sakinləri üçün VACİB XƏBƏR - TƏBİB məlumat yaydı
  • Bu kənddə nar bağı olmayana qız vermirlər -VİDEO
  • Maşını nömrəsiz sürən qazilər həbs olundu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

  • Tarix: Bu gün, 19:02

Bu gün Qazax Rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və mətbuat katibi Rafiq Rzayev, Rayon Ağsaqqallar Şurasının üzvləri, bir qrup rayon ağsaqqalı və ziyalıları iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra iclas öz işinə başlayıb.

Mediaxeberleri.Az xəbər verir ki, iclasın aparılması üçün Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov sədr və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov katib seçildikdən sonra gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb. 


İclasın sədri Məmməd Yusifov gündəlikdə duran məsələlərin Qazax Rayon Ağsaqqallar Şurasına sədrin, həmçinin İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin seçilməsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Uzun illər Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta ümumtəhsil məktəbin direktoru işləmiş, təqaüddə olan müəllim Qocayev Məzahir Şahvələd oğlu Qazax Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Həmçinin, 28 nəfər ziyalı və ağsaqqal Qazax Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri seçiliblər. Qazax Rayon Ağsaqqallar Şurasının Təftiş Komissiyasının üzvləri də seçilib. 

Qərar layihəsi oxunduqdan və böyük səs çoxluğu ilə qəbul edildikdən sonra çıxışlar olub.

İcra başçısı Rəcəb Babaşov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Yeni sədr haqqında səmimi ürək sözlərini çatdıran icra başçısı onun məktəbə rəhbərliyi dövründə nümunəvi fəaliyyəti ilə hər zaman seçildiyini, ağsaqqal kimi rayonun ictimai həyatında yaxından iştirak etdiyini söyləyib. Şuranın sədri olaraq da ona olan etimadı, üzərinə düşən məsuliyyəti əməli işləri ilə doğruldacağına əminliyini qeyd edib. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan icra başçısı bildirib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub. İcra başçısı rəhbər təyin olunduğu ilk gündən mütəmadi olaraq ağsaqqallarla görüşdüyünü, hər zaman onların xeyir-duasını aldığını, ağsaqqal məsləhətinə, tövsiyəsinə həmişə böyük önəm verdiyini diqqətə çatdırıb. Kəndlərdə tərkib hissəsi ağsaqqallardan ibarət yaradılan işçi qruplarının fəaliyyətində də hər zaman ağsaqqalların fikirlərinə, sözlərinə böyük önəm verildiyini söyləyib. Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımıza verdiyi dəyərdən söz açan rayon rəhbəri Onun ağsaqqallarımız haqqında söylədiyi “Ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi dəyərli fikrinin hər birimiz üçün örnək olduğunu söyləyib. Ölkəmizdə ağsaqqallara olan qayğının bu gün Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini bildirib. Ölkə başçısının cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verdiyini, Azərbaycan ağsaqqallarının tariximizin bütün dövrlərində öz sözlərini dediklərini qeyd edib. Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərliyi altında Ağsaqqallar Şurasının bu gün ölkəmizin inkişafına, Prezidentimizin yürütdüyü siyasətə öz dəstəyini göstərdiyini vurğulayıb. Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Azərbaycan ağsaqqallarının yenə də öz sözlərini dediklərini, xalqımızın həmrəy olmasında ağsaqqalların vacib rolunun bir daha şahidi olduğumuzu bildirib. Ölkəmizin inkişafının yeni bir mərhələsinə qədəm qoyduğunu, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, abadlıq işlərinin görüldüyünü, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərimizin gülüstana çevrildiyini qeyd edən icra başçısı ölkəmizin inkişafının yeni mərhələsində də ağsaqqallarımızın böyük rolunun olacağına əminliyini vurğulayıb. 

Qazax ağsaqqallarının da həm 44 günlük Vətən müharibəsində, həm də pandemiya dövründə rayon əhalisinə mənəvi dəstək olduqlarını diqqətə çatdıran icra başçısı bundan sonra da ölkə rəhbərinin uğurlu siyasətini dəstəkləyəcəklərini söyləyib. Bu baxımdan yeni tərkibdə formalaşan Qazax Rayon Ağsaqqallar Şurasının öz töhfəsini verəcəyini qeyd edib.

Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından salamlayıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O,  gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb. Sədr müavini Bayram Yusifov ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Ölkə başçısının Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımız haqqında söylədiyi “Ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi dəyərli fikrini əsas götürərək bu gün də onlara olan qayğını davam etdirməsinin hər birimizə nümunə olduğunu vurğulayıb. Ağsaqqallar Şurasının üzərinə böyük məsuliyyət düşdüyünü deyən sədr müavini bildirib ki, şuranın birinci vəzifəsi regionlarda qurumun bölmələrinin tərkibini yenidən formalaşdırmaqdır. Ən əsası da Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləməklə, bu siyasəti regionlarda vətəndaşlarımıza çatdırmaq bizim vəzifələrimiz sırasındadır. Bayram Yusifov qeyd edib ki, 2020-ci ilin bizim üçün dəyəri o oldu ki, 30 il ərzində həll edilməyən Qarabağ problemi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həllini tapdı. Torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Bu nailiyyətimiz Prezident İlham Əliyevin daxili və xarici siyasətinin məntiqi nəticəsi olmaqla yanaşı, düşmənə və dünya dövlətlərinə Azərbaycan adlı güclü dövləti bir daha tanıtdı. “İnanırıq ki, işğaldan azad olunmuş bütün torpaqlarda quruculuq-abadlıq işləri böyük sürətlə həyata keçiriləcək və Ağsaqqallar Şurası olaraq bu prosesdə biz də yaxından iştirak edəcəyik”, - deyən sədr müavini bu yolda hər kəsə uğurlar arzulayıb. 

Qazax Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Qocayev göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Rayonun ictimai-siyasi həyatında şuranın üzvləri olaraq bundan sonra da fəal olacaqlarını, həyata keçirilən işlərə ağsaqqal mövqelərini bildirəcəklərini söyləyib. 

İclasda çıxış edənlər Rayon Ağsaqqallar Şurasının sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni seçilən üzvlərini təbrik edib, gələcək işlərində uğurlar arzulayıblar. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə aparılan abadlıq-quruculuq işlərini, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işləri yüksək qiymətləndirdiklərini dilə gətiriblər. Son illər ölkə başçısının qayğısı sayəsində rayon rəhbərliyi tərəfindən rayonda aparılan tikinti-quruculuq işlərinin geniş vüsət aldığını qeyd edən çıxışçılar buna görə razılıqlarını bildiriblər. Rayonda olan inkişafı, tərəqqini Qazaxın timsalında bölgələrimizə olan dövlət qayğısının bariz nümunəsi kimi qeyd ediblər. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük minnətdarlıqla qeyd edən çıxışçılar bu zəfərə görə Müzəffər Ali Baş Komandana və şanlı Azərbaycan Ordusuna borclu olduğumuzu bildiriblər. Qazandığımız Qələbənin, hərb tariximizə yazılan şanlı Zəfərin gələcək nəsillərə çatdırılmasında, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında ağsaqqallarımızın böyük rolu olduğunu vurğulayıblar. 44 günlük Vətən müharibəsində də bunun bir daha şahidi olduğumuzu qeyd ediblər. Ağsaqqallarımızın gənclərimizə aşıladığı Vətən sevgisinin, məhəbbətinin, yurda bağlılıq hissinin Vətən müharibəsi zamanı öz əksini tapdığını, gəncləri həmin istəyin bir yumruq kimi birləşdirdiyini dilə gətiriblər. Bu baxımdan ağsaqqal nəsihətinə, tövsiyəsinə hər zaman ehtiyac olduğunu və bunun üçün bundan sonra da böyük səylə dəstək olacaqlarını qeyd ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha yeni seçilmiş Şuranın üzvlərini təbrik edərək müstəqil dövlətimizin bundan sonra da çiçəklənməsi, inkişafı naminə həyata keçirəcəkləri gələcək işlərində uğurlar arzulayıb.


Oxunub: 42
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:31 | Qazaxda növbəti əmək yarmarkası keçirilib
    Bu gün, 19:02 | Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib
    Bu gün, 19:00 | “Belələrinə ölüm cəzası verin!” - Brilliant Dadaşovadan SƏRT ÇAĞIRIŞ
    Bu gün, 18:57 | Azərbaycanla bağlı yalan yayan jurnalist saxlanıldı
    Bu gün, 18:54 | Azərbaycanda qadın evə gələn usta ilə ərinə xəyanət etdi — Dava düşdü
    Bu gün, 18:50 | Başqasının kreditinə görə pensiyadan pul tutula bilər — Bu halda...
    Bu gün, 18:31 | Ağstafada mərhuma ehsan verməyib əvəzində qəbirstanlıq yolunu təmir etdilər – FOTOLAR
    Bu gün, 18:05 | XII Bakı Beynəlxalq Kitab Sərgisində AzTU tələbəsinin “AI Teacher” layihəsi təqdim olunub
    Bu gün, 18:00 | Mətbuat Şurası jurnalistlərə çağırış etdi
    Bu gün, 17:58 | Milli Qəhrəman Şükür Həmidovun anım günüdür
    Bu gün, 17:55 | Pambıqçılara şad xəbər: Bu fermerlər daha çox subsidiya alacaq
    Bu gün, 17:51 | “Sabah” - “Qarabağ” oyununun hakimləri bəlli oldu
    Bu gün, 17:47 | Tovuzda 56 yaşlı kişi güllə yarasından öldü
    Bu gün, 17:43 | Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
    Bu gün, 17:40 | Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi
    Bu gün, 17:37 | ABŞ və İsrail İrana yenidən zərbələr endirəcək?
    Bu gün, 16:57 | Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?
    Bu gün, 16:48 | Bakı və Sumqayıt sakinləri üçün VACİB XƏBƏR - TƏBİB məlumat yaydı
    Bu gün, 16:29 | Bu kənddə nar bağı olmayana qız vermirlər -VİDEO
    Bu gün, 16:27 | Maşını nömrəsiz sürən qazilər həbs olundu
    Bu gün, 16:06 | Buzovnada xəstəxanadan şikayət: Rentgen kabineti niyə fəaliyyət göstərmir?
    Bu gün, 16:05 | Azərbaycanda telekommunikasiya şirkətləri birləşdirilir? - RƏSMİ AÇIQLAMA
    Bu gün, 16:04 | 10 manata satılan kərə yağları - Sağlamlıq üçün nə qədər təhlükəlidir?
    Bu gün, 16:02 | Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq etdi
    Bu gün, 16:00 | Elçin Yusubov vəzifəsindən niyə azad edilib?
    Bu gün, 15:58 | Bu nazirlik 10 tələbə qızı himayəsinə götürdü
    Bu gün, 14:12 | Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar - Foto
    Bu gün, 14:02 | Ağstafada sudan səmərəli və qənaətlə istifadə ilə bağlı maarifləndirici tədbir keçirilib
    Bu gün, 13:57 | MƏKTƏBLƏRDƏ SAAT 09:00-da, UNİVERSİTETLƏRDƏ İSƏ... - İş və dərs saatları dəyişdirilsin?
    Bu gün, 13:54 | Fransa ilə ABŞ arasında ciddi gərginlik - Makron Trampa sərt cavab verdi
    Bu gün, 13:47 | BANKLAR KİMLƏRƏ VƏ NİYƏ KREDİT VERMİR? – “Qara siyahı” ilə bağlı bilinməyənlər + ARAŞDIRMA
    Bu gün, 13:42 | Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq
    Bu gün, 13:28 | Yardımlının yeni icra başçısı kimdir? - DOSYE
    Bu gün, 13:04 | Yüksək vəzifəli məmurları süni intellektlə canlandırıb səsləndirənləri hansı cəza gözləyir? - AÇIQLAMA
    Bu gün, 13:02 | Sabah Bakıya yağış yağacaq
    Bu gün, 13:01 | Mühafizəçi işlədiyi şirkəti qarət etdi
    Bu gün, 12:20 | Prezident yeni icra başçısı təyin etdi
    Bu gün, 09:31 | İşdən çıxarılanlara sığorta ödənişi - VİDEO
    Bu gün, 09:20 | Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır
    Bu gün, 09:10 | Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR
    Bu gün, 09:08 | Moskvada narahat gecə: Ukrayna 630 PUA ilə hücum edib
    Bu gün, 09:04 | Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Bu gün, 09:00 | Netanyahu "Mossad"a İranla bağlı əmr verdi - Foto
    Bu gün, 08:50 | Universitet müəllimi intim görüş zamanı öldü
    Bu gün, 08:35 | Avropa küçələrində Ermənistana etiraz
    Bu gün, 08:18 | Cəbrayılda avtomobil aşdı, sürücü öldü
    Bu gün, 08:15 | Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı
    Bu gün, 08:10 | Avropa Liqasında III tur həyəcanı: "Milan", "Yuventus" və "Beşiktaş" sınaq qarşısında
    Bu gün, 08:04 | Qadınlarda, kişlərdə ət xal, ziyillər varsa... - Sonu xərçəng olan xəstəliklər - MÜSAHİBƏ
    Bu gün, 07:55 | Azərbaycana təhqir yağdıranların İP-i... - Sübut edildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.