Tovuzda 56 yaşlı kişi güllə yarasından öldü
Tovuzda 56 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Belə ki, 1970-ci il təvəllüdlü Elman Hüseynov yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, E.hüseynov ailəli olub, 4 övladı var. Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















