Qazaxda 20 yaşlı gənc toyda bıçaqlanıb
Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə Qazax rayonunun Yuxarı Salahlı kəndində qeydə alınıb. Verilən məlumata görə, toya qonaq qismində gələn 20 yaşlı Omarov Hümbət Dursun oğlu ilə eyni kəndin sakini, 17 yaşlı Vəliyev Sabir Vaqif oğlu arasında mübahisə yaranıb. Yaxınlarının bildirdiyinə görə, təxminən saat 19 radələrində tərəflər kəndin yuxarı hissəsində, kanal ətrafında mübahisəni davam etdiriblər. Bu zaman 17 yaşlı Sabir Vəliyevin üzərində gətirdiyi bıçaqla Hümbət Omarova xəsarət yetirdiyi bildirilir. Daha sonra Sabir Vəliyev kənd mərkəzində insanların toplandığı əraziyə gələrək Hümbəti bıçaqladığını deyib. Hadisədən xəbər tutan sakinlər yaralanan şəxsin köməyinə gedərək onu xəstəxanaya çatdırıblar. Zərərçəkənin yaxınları hadisənin toy mərasimində spirtli içki qəbulundan sonra baş verdiyini bildiriblər. Hazırda Hümbət Omarovun vəziyyəti ağır-stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Qazaxda toy mərasimindən sonra həmkəndlilər arasında bıçaqlanma hadisəsi baş verib





















