PUA hücumu: Bakıya uçmalı olan təyyarə havaya qalxa bilmədi
Dünən də Rusiyanın bir sıra hava limanlarında PUA təhlükəsi ilə bağlı təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Mediaxeberleri.Az lent.az-a istinadla xəbər verir ki, bütün qərarlar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib. Məlumata görə, gecikmələr arasında AZAL-ın Bakıya uçan reysi də var. Qeyd olunub ki, Moskvanın “Vnukovo” hava limanından Bakıya yerli vaxtla saat 14:00-da olan reys təxirə salınıb. Təyyarə bu gecə saat 01-də havaya qalxa bilib. Bildirilib ki, PUA hücumları ilə əlaqədar Rusiyanın Çeboksarı, Kazan, Nijnekamsk (Beqişevo), Buqulma, İjevsk, Ufa və Perm (Bolşoye Savino) hava limanlarında reyslərin qəbulu və yola salınmasına tətbiq edilən müvəqqəti məhdudiyyətlər qüvvədə qalır.





















