Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 12-yə çatıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, gəmisinin batmasından sonra davam edən axtarış əməliyyatları zamanı daha iki cəsəd tapılıb. Qəza nəticəsində ölənlərin sayı 12-yə çatıb, 16 nəfər isə hələ də itkindir. Qeyd edək ki, sərnişin gəmisi avqustun 30-da Şimali Kiprin Girnə sahillərində qəzaya uğrayıb.
Oxunub: 21
Xəbəri paylaş
Paylaş:





















