Əyyub Şirin həbs edildi
İran təhlükəsizlik qüvvələri Təbrizdə yaşayan milli fəal Əyyub Şirini həbs edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, Şirin martın 31-də həbs edilib. Ailəsinin fəalın həbs səbəbi və harada saxlanıldığı barədə müraciətləri də cavabsız qalıb. Qeyd edək ki, Əyyub Şirin bundan əvvəl də dinc milli-mədəni fəaliyyətlərinə görə həbs edilib.
Oxunub: 38
Xəbəri paylaş
Paylaş:





















