Rusiyanın Smolenksdəki raket zavodu vurulub – Kiyev rəsmən təsdiqlədi
Oktyabrın 1-də hücum pilotsuz təyyarələri X-59 raketlərinin istehsal olunduğu Rusiyanın Smolensk təyyarə zavoduna hücum edib - dörd pilotsuz təyyarədən üçü hədəfi vurub. Mediaxeberleri.Az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi açıqlama verib: «2023-cü il oktyabrın 1-də Smolensk Aviasiya Zavoduna endirilən zərbə nəticəsində müxtəlif modifikasiyalı X-59 raketlərinin istehsalı prosesi pozuldu». Təsdiqlənmiş məlumatlara görə, dörd pilotsuz təyyarədən üçü hədəfi vuraraq işğalçı dövlətin hərbi müəssisəsinin istehsalat obyektlərinə xeyli ziyan vurub. Ötən gün Smolenskdə yerləşən hərbi sənaye müəssisəsinə Ukrayna dronları tərəfindən zərbələr endirilməsi barədə məlumat yayılmışdı, amma təfərrüatlar barədə heç bir rəsmi açıqlama yox idi. 280 km-ə qədər uçuş məsafəsi olan X-59 (modifikasiya edilmiş X-59MK2) hava-yer raketi Rusiya aerokosmik qüvvələri tərəfindən Ukraynadakı hərbi və mülki hədəfləri atəşə tutmaq üçün ən çox istifadə edilən raketlərdən biridir. Belə silahlardan ən çox əziyyət çəkənlər Çerniqov, Sumı, Xarkov, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətləridir. Rüfət AzPolitika.info