ANAMA: “Antiterror tədbirlərindən sonra bəzi kritik ərazilərdə minatəmizləmə işləri aparılır”
“Antiterror əməliyyatlarından sonra bir qisim kritik ərazilərdə minatəmizləmə işləri aparılır”. Mediaxeberleri.Az xəbər verir ki, bu fikirləri ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, artıq qismən bəzi işlərə başlanılıb: “Ərazilərdə hələ ki məskunlaşma yoxdur, insanlar oraya köçürülməyiblər. Bu mənada həmin ərazilərdə tərəfimizdən qismən zəruri tədbirlər həyata keçirilir”. Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri keçirib və ölkənin süverenliyini bərpa edib.
Oxunub: 233
Xəbəri paylaş
Paylaş: