Milli Depozit Mərkəzinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib
Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 28 sentyabr 2023-cü il tarixli qərarı ilə qurumun İdarə Heyətinin (İH) yeni tərkibi təsdiq edilib. Bu barədə MDM-ə xəbər yayıb. Qərara əsasən, Rəna İsgəndərova Mərkəzin İH sədrinin müavini, Ramin Nurəhmədov isə İH-nin üzvü təyin edilib. R.İsgəndərova bundan əvvəl “Ernst & Young” audit şirkətində çalışıb, R.Nurəhmədov isə MDM-in İH sədrinin müşaviri olub.
 
 
Oxunub: 320
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















