Türkiyə Ukraynaya “Akıncı” PUA-ları verə bilər
Türkiyə Ukraynaya “Bayraktar Akıncı” pilotsuz uçuş aparatları (PUA) verə bilər. Mediaxeberleri.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Baykar” şirkətinin icraçı direktoru Haluk Bayraktar deyib. O əlavə edib ki, Ukraynada həmin tip PUA-nın istehsalı üçün Türkiyə hökumətindən icazə alınmalıdır. Haluk Bayraktar iki dövlət arasında müdafiə əməkdaşlığı ilə bağlı belə bir razılaşmanın olduğunu vurğulayıb.apa
Oxunub: 201
Xəbəri paylaş
Paylaş: