Minifutbol üzrə dünya çempionatı: Qrup mərhələsinə yekun vurulacaq
Bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulacaq. Mediaxeberleri.Az xəbər verir ki, son oyun günündə daha səkkiz görüş keçiriləcək. Belə ki, Kosta-Rika Tailandı, İsrail İspaniyanı, Argentina BƏƏ-ni, Polşa Bosniya və Herseqovinanı, Çexiya Gürcüstanı, Serbiya Qananı, Qazaxıstan ABŞ-ni, İndoneziya isə Monteneqronu qəbul edəcək. Qeyd edək ki, minifutbol üzrə Azərbaycan seçməsi ilk oyunda heç-heçə edib, digər iki görüşdə isə qələbəyə sevinib (1:1, 4:0, 2:0). 26 may Minifutbol üzrə dünya çempionatı Qrup mərhələsi III tur Saat 12:45, Kosta-Rika - Tailand; Saat 14:00, İsrail - İspaniya; Saat 15:15, Argentina - BƏƏ; Saat 16:30, Polşa - Bosniya və Herseqovina; Saat 18:15, Çexiya - Gürcüstan; Saat 19:30, Serbiya - Qana; Saat 20:45, Qazaxıstan - ABŞ Saat 22:00, İndoneziya - Monteneqro.