40-dan çox şəxsə saxta sənədlə torpaq satıldı - KURYOZ DƏLƏDUZLUQ + VİDEO
Aldıqları torpaq sahəsinin özlərindən başqa 40 sahibi var. Belə ki, bir qrup paytaxt sakini torpaq sahəsi almaq istəyərkən dələduzların qurbanına çevriliblər. Xezerxeber.az-ın məlumatına görə, paytaxt sakini Razim Eyyubov deyir ki, internetdə gördüyü torpaq sahəsini bəyəndikdən sonra sahibi ilə əlaqə saxlayıb. Ünvanı dəqiqləşdirərək əraziyə baxmağa yollanıb. Hər şey ürəyincə olduğundan torpaq sahibi ilə telefonda razılığa gələrək alqı-satqı müqaviləsi bağlayıblar. Razim Eyyubov deyir ki, aldığı torpaq sahəsinin saxta sənədlər əsasında hazırlandığını öyrəndikdən sonra, ərazinin başqa sahibləri də ortaya çıxıb. Məlum olub ki, onlar da Orxan adlı şəxs tərəfindən aldadılıblar. İndi isə ödədikləri məbləği geri ala bilmirlər. Eyni tora düşən paytaxt sakini Ramin Eyyubov da adlığını düşündüyü torpaq sahəsi üçün 10 min manat ödəniş edib. Lakin ortada nə torpaq var, nə də torpaq satan. Torpaq almaq adı ilə aldadılan bu şəxslər deyir ki, məsələ ilə əlaqədar bir neçə ay öncə polisə müraciət ediblər. Lakin nə ödədikləri məbləği geri ala biliblər, nə də tutarlı cavab. Məsələyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev belə münasibət bildirib. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: