Qurban Qurbanov ondan başqa hamını təbrik etdi: Nə baş verib? - VİDEO
Ötən gün Azərbaycan Premyer Liqasının 32-ci turunda "Sabah"la heç-heçə edən (1:1) "Qarabağ" 12-ci ölkə çempionluğunu vaxtından əvvəl təmin edib. Mediaxeberleri.Az xəbər verir ki, oyundan sonra baş məşqçi Qurban Qurbanov soyunub-geyinmə otağında futbolçularını çempionluq münasibətilə təbrik edib və hər biri ilə görüşüb. Lakin o, bir nəfərlə əl sıxmayıb. Bu, komandanın müdafiəçisi Bəhlul Mustafazadədir. Qurbanovun futbolçusu ilə görüşməməsi sosial şəbəkələrdə böyük marağa səbəb olub. Azarkeşlər bunun səbəbini anlamağa çalışıblar. Hətta Bəhlul Mustafazadə ilə baş məşqçisi arasında problem olduğunu və bunun futbolçunun nizam-intizamsız davranışı ilə əlaqədar olduğunu iddia ediblər.
Oxunub: 62
Xəbəri paylaş
Paylaş: