"Qarabağ" Azərbaycan Premyer Liqasında çempionluğunu rəsmiləşdirdi
Misli Premyer Liqasında 32-ci turun oyunları davam edir. Mediaxeberleri.Az xəbər verir ki, bu gün daha iki matç keçirilib. Əvvəlcə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Beləliklə, "Səbail" turnir cədvəlində 21 xalla sonuncu – 10-cu yerdə, "Araz-Naxçıvan" isə 54 xalla 3-cü yerdə qərarlaşıb. Turun mərkəzi görüşü isə Masazırda olub. Burada “Qarabağ” səfərdə “Sabah”ın qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə bitib. Bununla da Ağdam klubu sona 4 tur qalmış 12-ci çempionluğunu rəsmiləşdirib. Çünki hazırda "Qarabağ"ın 77, ən yaxın izləyicisi "Zirə"nin isə 64 xalı var. "Sabah" isə turnir cədvəlində 40 xalla 5-ci yerdədir. 27 aprel 20:00. “Sabah” – “Qarabağ” - 1:1 Qollar: Redon Cica, 42 - pen. (0:1), Boyan Letiç, 73 (1:1) Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev VAR: Elçin Məsiyev AVAR: Pərvin Talıbov Bank Respublika Arena. 17:30. “Səbail” – “Araz-Naxçıvan” - 1:1 Qollar: Ülvi İsgəndərov, 30 (0:1), Marko Nikoliç, 76 (1:1) Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov VAR: İnqilab Məmmədov AVAR: Namik HüseynovASCO Arena. 25 aprel “Turan Tovuz” - “Şamaxı” - 1:1 26 aprel “Kəpəz” - “Zirə” - 0:1 28 aprel 20:00. “Sumqayıt” - “Neftçi” Bombardirlər: Leandro Andrade ("Qarabağ") - 14 qol Salifu Suma ("Zirə") - 11 qol Cesse Sekidika ("Sabah") - 10 qol Davit Volkov ("Zirə") - 10 qol Coy-Lens Mikels ("Sabah") - 9 qol Felipe Santos ("Araz Naxçıvan") - 9 qol Nəriman Axundzadə ("Qarabağ") - 9 qol Rafael Utziq ("Zirə") - 9 qol