Rəcəbov və Məmmədyarov dünyada neçəncidir?
Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini elan edib. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan şahmatçıları arasında ən yaxşısı nəticə Teymur Rəcəbova məxsusdur. O, 2745 xalla 14-cü pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov bir pillə geriləyərək hazırda 17-cidir (2734 xal). Nicat Abasov isə 59-cu yerdən 58-ci pilləyə yüksəlib (2677 xal). Reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2839 xal) liderlik edir. Fabiano Karuana (ABŞ, 2786 xal) 2-ci, Dinq Liren (Çin, 2780 xal) isə 3-cüdür.. Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə indi 30-cu (2441 xal), Ülviyyə Fətəliyeva 56-cı (2387 xal), Gövhər Beydullayeva 66-cı (2383 xal), Gülnar Məmmədova isə 100-cü (2346 xal) pillədədir. Reytinqdə birinci yeri Hou Yifan (Çin, 2628 xal), 2-ci yeri Yu Vençjonq (Çin, 2560 xal), 3-cü yeri isə Aleksandra Qoryaçkina (FİDE, 2558 xal) tutur.