“Qarabağ” - FKSB "a məğlub oldu
UEFA Avropa Liqasının əsas mərhələsinin yeddinci turunda bu gün Bakıda keçiriləcək "Qarabağ" - FKSB (Rumıniya) matçı üçün start heyətləri bəlli olub. Mediaxeberleri.Az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar: “Qarabağ”: Fabiyan Buntiç, Marko Yankoviç, Mateus Silva, Kevin Medina, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Julio Romao, Aleksey Kaşuk, Leandro Andrade, Abdullah Zubir, Nəriman Axundzadə. Baş məşqçi: Qurban Qurbanov. FKSB: Stefan Tarnovanu, Coyskim Dava, Florin Tanase, Daniel Birlicea Risto Radunoviç, Setefanesku, Valentin Kretu, Nqezana, Adrian Sut, David Mikulesku, Alhassan Baş məşqçi: Elias Haralambus Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də start götürəcək. *** Bakı vaxtı ilə saat 21:45-də "Qarabağ" - FKSB matçı start götürüb. *** 2-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Andrade hesabı açıb: 1 - 0 *** 7-ci dəqiqədə rəqib komanda hesabı bərabərləşdirib: 1 - 1 *** 40-cı dəqiqədə "Qarabağ" avtoqol sayəsində önə keçib: 2 - 1 *** Rəqib komanda hesabı bərabərləşdirib : 2- 2 *** Sut görüşün 73-cü dəqiqəsində rəqibi hesabda irəli çxardı: 2-3.