Dünya rekordunu yenilədi
İkiqat Olimpiya çempionu avstraliyalı üzgüçü Ariarne Titmus 200 metr məsafəyə sərbəst üsulla üzmədə yeni dünya rekordu müəyyənləşdirib. Mediaxeberleri.Az xəbər verir ki, avstraliyalı üzgüçülük komandasının tərkibini müəyyənləşdirəcək Brisbendə keçirilən olimpiyaqabağı turnirdə o, 1 dəqiqə 52,23 saniyə nəticə göstərib. Əvvəlki rekord onun həmyerlisi Molly O’Kallaqana (1:52,85) məxsus idi. Bu nəticə 2023-cü ilin iyulunda Su İdmanı üzrə Dünya Çempionatında qeydə alınıb. Qetyd edək ki, Titmusun 23 yaşı var. O, ikiqat Olimpiya çempionu və dördqat dünya çempionudur. O, həmçinin 400 metr məsafəyə sərbəst üsulla üzmə üzrə dünya rekorduna sahibdir – 3:55.38.
Oxunub: 298
Xəbəri paylaş
Paylaş: