Diqqət: Martın sonunadək...
BDU-nun Astrofizika kafedrası 18-30 mart tarixləri üçün geomaqnit hava proqnozunu açıqlayıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, 21mart tarixinədək geomaqnit sahə normal fon səviyyəsində olacaq. Belə ki, 21-22 və 25 mart tarixlərində G5 (zəif-kiçik) səviyyəli geomaqnit dəyişiklik gözlənilir. Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 21-22 və 25 mart tarixləri üçün 5-ə bərabər, martın 31-dək digər günlər üçün 2-4, yüksək coğrafi enliklərdə isə 19 mart tarixində 6-7 intervalında olacaq. Qeyd olunub ki, güclü geomaqnit qasırğası gözlənilmir.
Oxunub: 40
Xəbəri paylaş
Paylaş:





















