Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu
Bakıda hoteldə anasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlı 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Mediaxeberleri.Az Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Həmçinin iclasda dövlət ittihamçısı da çıxış edib. O, Ayxan Qasımlının 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında Bakının Binəqədi rayonunda baş verib. İttihama görə, 2009-cu il təvəllüdlü Ayxan Qasımlı hoteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını şəxsi münasibətlər zəmnində bıçaqla bir neçə dəfə zərbələr endirərək qətlə yetirib. Ayxan Qasımlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə maddəsi ilə ittiham olunur.





















