Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto

Son xəbərlər :
  • Nazirlik: Sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər yekun xarakter daşımır
  • Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - FOTO
  • Prezidentə təbriklər davam edir
  • Tiflisdə telekanal binası yanır - Foto
  • Avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejiminə keçir
  • Bakıda BMV klinikaya çırpıldı - Foto
  • Gələn il pensiyalar neçə faiz artacaq?
  • "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq
  • 2027-ci ildə orta illik inflyasiya... - Nazir
  • Makler qadının 163 min manatını ələ keçirdi
  • Yağış yağacaq, temperatur 10 dərəcə düşəcək – Xəbərdarlıq
  • Qazaxda bıçaqlanan kişi Səməd Vurğunun qohumudur - Təfərrüat
  • Bu, insanı qocaldır - Diqqət!
  • Bu gün üç rayonda qaz olmayacaq
  • UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"ı məğlub etdi
  • "Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
  • Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
  • Füzuli Memorial Kompleksin tikintisi 13.1 milyon manata başa gələcək
  • İcra başçısı ixtisarlara başladı: Birinci müavin vəzifəsindən azad edildi
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Barat Vüsal - 75

  • Tarix: 18-03-2026, 19:58


18 mart AYB-nin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Barat Vüsalın anadan olmasının 75 illik yubileyidir.


"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Barat Vüsalı ad günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırlar.


P.S. Barat Alı oğlu Alıyev 1951-ci il mart ayının 18-də Qazax rayonunun Kosalar kəndində anadan olub. Orta təhsilini doğma kənd məktəbində alıb, 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. Əvvəlcə təyinatla Sabirabadda,  daha sonra Qazaxda müəllim işləmiş, bu dövrdəki fəaliyyəti "Baş müəllim" adıyla qiymətləndirilmişdir.

Barat Vüsal şair kimi ədəbiyyata keçən əsrin 70-ci illərinin ortalarında gəlmişdir.

1982-ci ildən "Gənc Yazıçıların Respublika Ədəbi Birliyi"nin fəal üzvlərindən olmuş, şeirləri həmin birliyin almanaxlarında da çap olunmuşdur. 

1983-cü ildə Şüvalanda Azərbaycan Yazıçılar İttifaqının keçirdiyi gənc yazıçıların VIII Respublika Müşavirəsində iştirak etmiş, yaradıcılığı təqdir edilmişdir.

Barat Vüsal 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayonlarının ədəbi qüvvələrini, qismən də Borçalı ədəbi mühitini əhatə edən bölməsinin sədridir. 

Şair və bölmə rəhbəri kimi işlədiyi 33 il ərzində Azərbaycanın Gürcüstan və ermənistanla sərhədində, eləcə də Qərb bölgəsində onun gördüyü işlər təqdirəlayiqdir.

Belə ki, gənc ədəbi qüvvələrə diqqət və qayğı göstərilməsində, yeni yaradıcı ədəbi qüvvələrin üzə çıxarılmasında, onların kitablarının hazırlanmasında və çap olunmasında, klassik və müasir şairlərimizin yubileylərinin keçirilməsində, kitab təqdimatlarının, anım günlərinin təşkilində bölgə yazarlarının əsərlərinin geniş yer aldığı poeziya və nəsr antologiyalarının tərtibi və nəşrində, Borçalıda yaşayıb yaradan soydaşlarımızla ədəbi-mədəni əlaqələrin qurulmasında çox gərgin əmək sərf etmiş, səmərəli fəaliyyət göstərmişdir.

Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə ənənəvi olaraq hər il "Səməd Vurğun poeziya günləri" və "Vaqif poeziya günləri" Qazaxda əvvəlki axarıyla davam etdirilmişdir.

Həyatı və zəngin yaradıcılığı böyük diqqət və hörmətə layiq olan Barat Vüsal Azərbaycanın dövlətə və dövlətçiliyə bağlı sayılıb seçilən dəyərli, vətənpərvər şairlərdən biridir. Vətənpərvərlik ruhunda yazdığı şeirlərinə görə 1998-ci ildə "Xəlil Rza Ulutürk" və 2008-ci ildə "Səməd Vurğun" Ədəbi mükafatları almışdır. 2000-2001-ci illərdə Dünya Gənc Türk Yazarlar Birliyinin iki ödülünə layiq görülmüşdür. 2009-2010-cu illərdə müddətli Prezident mükafatçısı olmuşdur. 2021-ci ildə AYB-nin "Nizami Gəncəvi" ədəbi mükafatı ilə dəyərləndirilmişdir. 

Qarabağ müharibəsi başlayan zaman əsgərlər arasında keçirdiyi görüşlərə, etdiyi çıxışlara görə ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi ödülü verilmiş, Respublika Veteranlar Şurası "Əliağa Şıxlinski" medali ilə təltif edilmişdir.

Barat Vüsal bir şair kimi də, ictimai xadim kimi də, tanınmış ziyalı və ağsaqqal kimi də ictimaiyyət içərisində böyük nüfuz və hörmətə layiqdir. Barat Vüsal sözü ölkəmizdə eşidilən və tutulan ziyalılarımızdan, şairlərimizdəndir. Verdiyi təklif əsasında 2013-cü ildə Qazaxda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə "Ədəbiyyat Muzeyi" inşa olunmuşdur.

Bakıda Avropa Oyunları keçirilən vaxt Barat Vüsalın ölkə Prezidentinə həsr etdiyi "Sənin əlin tutan məşəl" poemasına Azərbaycan Bəstəkarlar İttifaqı Gəncə şöbəsinin rəhbəri, bəstəkar Məmməd Cəfərov xor üçün kontata yazmış, həmin əsər Üzeyir Hacıbəyov adına Dövlət Filarmoniyasının simfonik orkestiri və xorunun ifasında Az.TV-də səsləndirilmişdir.

Şeirlərinə mahnılar bəstələnmişdir.

Barat Vüsal təkcə sözə deyil, həm də saza bağlı sənətkardır. Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. İTV-də hələ də yayımlanan "Ozan məclisi"nin ilk aparıcısı olmuşdur. İTV-də və Az.TV-də ümumxalq məhəbbətinə səbəb olmuş "Ovqat", "Səhər sovqatı" verlişlərində dəfələrlə çıxışları ilə böyük nüfuz qazanmışdır. İTV onun haqqında "Bir kəndin nağılı", "Bir sözün sehri" və ATV "Bir sevgi tarixçəsi" verilişləri də çəkib tamaşaçılara təqdim etmişdir. Haqqında Mədəniyyət kanalında "Sənətkar ömrü" telefilmi nümayiş etdirilmişdir.

Barat Vüsal yalnız nəşr etdirdiyi şeir kitablarıyla, poemalarıyla yox, həm də respublikamızın radio və televiziyalarında ardıcıl çıxışlarıyla, mətbuatda çap etdirdiyi 200-ə yaxın publisistik yazılarıyla, məqalələriylə, esseləri və araşdırmalarıyla da oxucuların, tamaşaçıların, dinləyicilərin dərin hörmətini və ümumxalq məhəbbətini qazanmışdır.

Yaradıcılığına dair iki monoqrafiya çap edilmişdir.

İki cildlik "Seçilmiş əsərləri" çapdan çıxmışdır.

İranda Tehran şəhərində şeirlər kitabı nəşr olunmuşdur. 

Türkiyə mətbuatında da şairin şeirlərinə geniş yer verilir.

Barat Vüsal gözəl ssenarist və aparıcı kimi də rayonda, bölgədə, respublikada keçirilən müxtəlif yubileylərdə, xatirə gecələrində, digər ədəbi-mədəni tədbirlərdə böyük fəallıq göstərmişdir.

Şairin 50 və 60 illik yubileyləri Qazaxda və Bakıda yüksək səviyyədə qeyd olunmuşdur. 

2011-ci ildə 60 illik yubileyi münasibətilə Barat Vüsala Azərbaycan Prezidenti Cənab İlham Əliyevin sərəncamı əsasında "Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi" fəxri adı verilmişdir.

Barat Vüsal yaradıcılığını Azərbaycanın bir çox görkəmli ədəbiyyat və mədəniyyət xadimləri - Anar, İ.Muğanna, N.Həsənzadə, H.Arif, X.R.Ulutürk, V.Səmədoğlu, M.Dilbazi, S.Tahir kimi Xalq şairləri və Xalq yazıçıları, N.Cəfərov, N.Şəmsizadə, V.Yusifli, R.Kamal kimi alimləri, tənqidçi və ədəbiyyatşünasları yüksək qiymətləndirmişlər, onun əsərlərini milli-mənəvi dəyərlərin salnaməsi adlandırmışlar.

16 dekabr 2023-cü ildə "Qazax" Xeyriyyə İctimai Birliyi və Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə şairin "Ayrılmaz yollar" kitabının təqdimatı keçirilmişdir. İctimai Birliyin 27 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan ədəbiyyatı və poeziyası qarşısındakı misilsiz xidmətlərinə görə Barat Vüsal "Xalq şairi Səməd Vurğun adına Diplom"la təltif olunmuşdur.

Göründüyü kimi ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında Barat Vüsalın əsl şairə, əsl bölmə rəhbərinə, əsl ziyalıya, əsl vətənpərvərə xas xidmətləri az olmamışdır.


Hörmətli Barat Vüsal, biz sizinlə fəxr edirik!


Oxunub: 1 962
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:57 | Nazirlik: Sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər yekun xarakter daşımır
    Bu gün, 16:49 | Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - FOTO
    Bu gün, 16:44 | Prezidentə təbriklər davam edir
    Bu gün, 16:41 | Tiflisdə telekanal binası yanır - Foto
    Bu gün, 14:33 | Avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejiminə keçir
    Bu gün, 14:31 | Bakıda BMV klinikaya çırpıldı - Foto
    Bu gün, 14:30 | Gələn il pensiyalar neçə faiz artacaq?
    Bu gün, 13:51 | "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq
    Bu gün, 13:06 | 2027-ci ildə orta illik inflyasiya... - Nazir
    Bu gün, 13:05 | Makler qadının 163 min manatını ələ keçirdi
    Bu gün, 13:03 | Yağış yağacaq, temperatur 10 dərəcə düşəcək – Xəbərdarlıq
    Bu gün, 11:07 | Qazaxda bıçaqlanan kişi Səməd Vurğunun qohumudur - Təfərrüat
    Bu gün, 07:54 | Bu, insanı qocaldır - Diqqət!
    Bu gün, 07:53 | Bu gün üç rayonda qaz olmayacaq
    Dünən, 23:42 | UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"ı məğlub etdi
    Dünən, 22:48 | "Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
    Dünən, 21:38 | Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
    Dünən, 21:34 | Füzuli Memorial Kompleksin tikintisi 13.1 milyon manata başa gələcək
    Dünən, 21:28 | İcra başçısı ixtisarlara başladı: Birinci müavin vəzifəsindən azad edildi
    Dünən, 21:23 | Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Dünən, 21:20 | Şirvanın Vüqarı
    Dünən, 21:17 | “Qalatasaray” “Ştutqart”a qarşı - Start heyətlər
    Dünən, 21:12 | İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır: Rəsmi - Foto
    Dünən, 21:09 | QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
    Dünən, 21:04 | ZATULİNİN BAKI TÜRMƏSİNDƏKİ “DOSTLARI”... - Deputat yenə “sayıqladı”
    Dünən, 21:01 | PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    Dünən, 20:56 | Koronavirus yenidən yayılmağa başlayıb - Təhlükə var? - VİDEO
    Dünən, 20:55 | Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
    Dünən, 20:40 | YA SÜLH, YA NÜVƏ ZƏRBƏSİ, YA DA... - ABŞ-dəki seçkidən sonra İranı nə gözləyir?
    Dünən, 20:31 | Bakıda torpaq sahələri bahalaşdı
    Dünən, 19:51 | Sabahdan Bakı–Qazax yolunda hərəkət məhdudlaşdırılacaq - Səbəb
    Dünən, 19:50 | Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
    Dünən, 19:34 | Azərbaycana qarşı çağırışlar edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Siyahı
    Dünən, 19:31 | Özbəkistanla əbədi dost olduq - RƏSMİ
    Dünən, 19:14 | İlham Əliyevin xarici siyasət strategiyası, Azərbaycanın artan beynəlxalq çəkisi və Vaşinqtondan gələn dəvətin arxasında dayanan geosiyasi reallıqlar
    Dünən, 19:09 | Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilib
    Dünən, 19:06 | Bakıda qadın "TikTok"da canlı yayımda öldü
    Dünən, 18:53 | Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var
    Dünən, 18:43 | Ermənistan əsgərləri sektalara görə özlərini öldürürlər?
    Dünən, 18:04 | Qazaxda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib
    Dünən, 17:43 | İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
    Dünən, 16:46 | “Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
    Dünən, 16:39 | Qazaxda qəhrəman şəhidlərimizin əziz xatirələri böyük hörmət və ehtiramla yad olunur
    Dünən, 16:25 | Gəncədəki bağçada bit iddiası ilə bağlı yoxlama aparıldı
    Dünən, 16:21 | "WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
    Dünən, 16:16 | Azərbaycan polisi Kiyevdə əməliyyat keçirdi - Video
    Dünən, 15:50 | Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
    Dünən, 14:25 | Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında
    Dünən, 14:23 | Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Dünən, 14:22 | Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək - Yaxın vaxtlarda...
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.