Altı ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi
Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) satınalma komissiyasına yeni sədr təyin olunub. Mediaxeberleri.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, ADHTİ-nin rektoru, tibb elmləri doktoru Nazim Əliyevin müvafiq əmri ilə İnstitutun İnzibati işlər üzrə prorektoru Röyal Süleymanov sözügedən vəzifəyə gətirilib. Qeyd edək ki, Röyal Süleymanov 2025-ci ilin sentyabrından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inzibati işlər üzrə prorektoru təyin olunmuşdu.
Oxunub: 23
Xəbəri paylaş
Paylaş:





















