Mediaxeberleri.az
    
  • Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
    Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
  • 
  • Axirət günü nə vaxt olacaq?
    Axirət günü nə vaxt olacaq?
  • 
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
  • 
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?

Son xəbərlər :
  • Sinifdə elektron siqaret çəkən uşaqlar BU MƏKTƏBDƏ oxuyurmuşlar: Təhsil idarəsindən açıqlama - FOTO
  • Hövsanda xeyir-şər evi qalmaqalı: Tikili niyə sökülüb? - VİDEO
  • TƏBİB: Bu əlamətlər varsa, həkimə gedin
  • Bakıda bu tarixdə “Avtomobilsiz Gün” keçiriləcək – 10 saat nəqliyyat işləməyəcək...
  • Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR
  • Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
  • Növbəti 2 günün hava proqnozu: Leysan, dolu...
  • Çalışacağıq ki, bütün lazımsız söz-söhbətlər yığışdırılsın!
  • Qlobal yanacaq böhranı başladı: İmkanlar tükənir…
  • Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
  • Şalfey çayının faydaları
  • Borcun ödənilməsində yeni qayda - Məlumatlar necə sorğulanacaq?
  • İran ABŞ-ın daha bir PUA-sını vurdu
  • Dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanıldı
  • Müharibəyə başlasa, Polşa 3 günə yoxa çıxacaq - Patruşev
  • 300 min mənimsəyən falçıya hökm oxundu
  • Xırdalanda qumbara partlayıb, 19 yaşlı qız ölüb
  • Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı
  • Azərbaycanda ilk dərs günündə BİABIRÇILIQ: Şagirdlər sinifdə elektron siqaret çəkdilər, canlı yayım açdılar - VİDEO
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda Novruz bayramı münasibətilə “Yenilik və ümid bayramı Novruz” adlı ümumrayon tədbiri keçirilib

  • Tarix: 19-03-2026, 01:27

Bu gün fəxr və qürurla söyləyə bilərik ki, min illərdir xalqımız yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadır. XXI əsrdə yaşasaq da, milli adət-ənənələrimizi bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq. Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında şanlı Zəfərlə başa çatan Vətən müharibəsindəki şanlı qələbədən sonra Azərbaycan xalqı Novruzu artıq 6 ildir ki, Qələbə sevinci ilə qeyd edir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qazandığımız şanlı Zəfərdən sonra artıq Novruz bayramı daha fərqli qeyd edilir. Azərbaycan xalqı Novruzu daha təmtaraqla qeyd edir, işğaldan azad olunmuş doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, eləcə də digər yurd yerlərimizdə bayram tonqalı çatmağın sevincini yaşayır. Bu günü xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətən yolunda canlarını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, Vətənin keşiyində dayanan hərbçilərimizə minnətdar və borclu olduğumuzu bir an belə unutmuruq.

Ta qədimdən xalqımızın ən sevimli bayramlarından olan ulu Novruzun gəlişi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da xoş əhval-ruhiyyə, könül xoşluğu yaradıb. 

Martın 18-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Yenilik və ümid bayramı Novruz” adlı ümumrayon tədbiri keçirilib.

Bu əlamətdar bayram münasibətilə keçirilən ümumrayon tədbiri ilə əlaqədar şəhərin mərkəzində, o cümlədən tədbirin bilavasitə keçirildiyi yerdə, rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda, ətraf bağ və parklarda səliqə-səhman yaradılıb, hər tərəf al-əlvan bayraqcıqlar, səmənilər və gül-çiçəklərlə bəzədilib. Mədəniyyət Mərkəzinin qarşısındakı geniş meydanda Novruz bayramına həsr edilmiş banerlər yerləşdirilib. Bayram tonqalı çatılıb, alaçıqlar quraşdırılıb, yaraşıqlı xalça salınıb, xalçanın üzərinə rayonumuzun adət-ənənələrini əks etdirən qədim əşyalar qoyulub. Novruzun simvolu olan şəkərbura, paxlava və səmənili xonçalar göz oxşayıb. 

Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların əməkdaşkarı, Dövlət Sərhəd Xidmətinin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının hərbçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, səhiyyə, mədəniyyət işçiləri,  Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşları və idmançıları, KİV nümayəndələri iştirak ediblər.

Kosa, Keçəl, Bahar qızın, zurnaçıların rayon rəhbərliyini və qonaqları Xalq şairi Səməd Vurğunun heykəlinin önündə qarşılanması, səmimi təbriklərini çatdırması və yumurta döyüşdürməsi ilə bayram tədbirinə start verilib.  

Qonaqlar əvvəlcə Mədəniyyət Mərkəzinin qarşısında idman nümunələrinə (güləş, cüdo, ağırlıqqaldırma, boks, karate, şahmat), Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi kitab, Qazax Dövlət Rəsm Qalereyasının təşkil etdiyi rəsm və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkil etdiyi milli nümunələrdən ibarət sərgiyə baxış keçirərək obaya tərəf gəliblər.

Obada  davul  çalınıb, “Cəngi” havası altında rayon rəhbərliyi və qonaqlar obaya daxil olublar. Rəhbər heyəti və qonaqları obada Qazan xan qarşılayıb, öz bayram təbriklərini çatdırıb və obada olan çadırlarla tanış ediblər.

Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktrisası Zəmanə Dərviş çıxış edərək rayon rəhbərliyini, şəhid ailələrini, qaziləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Tədbirdə bildirilib ki, Ulu Öndər Heydər Əliyev illər öncə Vətənini, Azərbaycanı və xalqını sevərəkdən Novruz bayramını milli bayram elan etmişdir. Dahi şəxsiyyət demişdi: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır”. Qeyd olunub ki, 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Milli mədəniyyətimizin inkişaf və tanıdılması istiqamətində neçə-neçə dəyərli layihələri həyata keçirən, saz sənəti, muğam, xalçaçılıq və Novruz bayramı İSESKO-nun xoş məramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, təşkilatçılığı və gərgin zəhməti sayəsində mümkün olmuşdur. Tədbirdə 2026-cı ilin əlamətdar hadisələrlə zəngin olduğu, Respublika Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunduğu, həmçinin Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçildiyi diqqətə çatdırılıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək icra başçısı Rəcəb Babaşovun adından Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, xalqımızı, tədbir iştirakçılarını, xüsusilə də şəhid ailələrini, qazilərimizi müqəddəs Ramazan və milli bayramımız olan Novruz bayramları münasibətilə təbrik edib, iştirakçılara cansağlığı, evlərinə, ailələrinə bol ruzi-bərəkət arzulayıb. M.Alıyev 2026-cı ilin qazaxlılar üçün düşərli bir il olduğunu, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçildiyini, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Bu il 5 mart tarixinin təkcə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yaddaşlara yazıldığını söyləyib. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasiminin keçirildiyini, Qazaxın idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil aldığını, daha sonra "Qazax İdman paytaxtı 2026"nın maskotunun ictimaiyyətə təqdim olunduğunu diqqətə çatdırıb. Eyni zamanda, ölkə başçısının müvafiq sərəncamı ilə bu il həm də Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyini ölkə səviyyəsində təntənə ilə qeyd edəcəyimizi bildirib. M.Alıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında şanlı Zəfərlə başa çatan Vətən müharibəsində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərində qazandığımız tarixi Qələbədən söz açaraq şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. M.Alıyev ölkəmizdə Novruz bayramının daha fərqli qeyd edildiyini, artıq 6 ildir ki, Müzəffər Ali Baş Komandanın doğma Qarabağ torpağında, Şuşa, Xankəndi, Xocalı, Suqovuşanda bayram tonqallarını alovlandırdığını, ölkə başçısının məhz həmin yurd yerlərimizdən Azərbaycan xalqını təbrik etdiyini bildirib. M.Alıyev bugünkü bayramı belə könül xoşluğu ilə qeyd etdiyimizə görə bir daha Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu söyləyib.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar bayramlar münasibətilə səmimi ürək sözlərini bölüşüb. “30 il əziyyət, ağrı-acı, intizar içərisində yaşayan, düşmən tapdağında olan torpaqlarını özü azad edən Azərbaycan dövləti bu gün bütün dünyada söz sahibinə çevrilib. Azərbaycan xalqı bu gün qürurlu anlar yaşayır. Respublikamızın Qərb qapısı sayılan, şəhidləri, qaziləri ilə qürur duyan, əsgəri ilə fəxr edən doğma Qazaxımız, qazaxlılarımız qürur dolu anlara şahidlik edir. Bu gün Qazax İdman Paytaxtına çevrilib. Qazax uğurlu, düşərli günlərini yaşayır. Ölkəmizin, müstəqil Azərbaycanımızın, doğma Qazaxımızın qazandığı uğurların kökündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət, ölkə başçısının tapşırıqlarını rayonda olduğu kimi, ən yüksək səviyyədə həyata keçirən rayon rəhbərliyinin gördüyü işlər dayanır”, - deyə millət vəkili fikirlərini bölüşüb.   

Çıxışlardan sonra bayram tonqalı şəhid övladları və Dədə Qorqud ilə birlikdə yandırılıb. Gənclər ocağın ətrafında “Yallı” rəqsini oynayıb, oba əhlini tonqalın ətrafına toplayıblar.

Tədbirdə Mədəniyyət Mərkəzinin Novruz bayramı münasibətilə hazırladığı bir-birindən rəngarəng çıxışlara yer verilib. Gənc və istedadlı müğənnilər Zəmanə Dərvişin, Nəsimi  Kamaloğlunun, Ramal Balacanovun, Gültəkin Hüseynovanı, Seymur Məmmədovun, aşıq Avdı Musayevin, gənc aşıq Samir Cəlaloğlunun bir-birindən şən-şux mahnı töhfələri alqışlarla qarşılanıb. Tədbir əsl bayram əhval-ruhiyyəsi ilə başa çatıb.


Oxunub: 2 462
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:33 | Sinifdə elektron siqaret çəkən uşaqlar BU MƏKTƏBDƏ oxuyurmuşlar: Təhsil idarəsindən açıqlama - FOTO
    Dünən, 18:03 | Hövsanda xeyir-şər evi qalmaqalı: Tikili niyə sökülüb? - VİDEO
    Dünən, 17:58 | TƏBİB: Bu əlamətlər varsa, həkimə gedin
    Dünən, 17:56 | Bakıda bu tarixdə “Avtomobilsiz Gün” keçiriləcək – 10 saat nəqliyyat işləməyəcək...
    Dünən, 17:54 | Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR
    Dünən, 17:11 | Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
    Dünən, 17:08 | Növbəti 2 günün hava proqnozu: Leysan, dolu...
    Dünən, 17:04 | Çalışacağıq ki, bütün lazımsız söz-söhbətlər yığışdırılsın!
    Dünən, 17:01 | Qlobal yanacaq böhranı başladı: İmkanlar tükənir…
    Dünən, 15:30 | Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
    Dünən, 15:17 | Şalfey çayının faydaları
    Dünən, 15:03 | Borcun ödənilməsində yeni qayda - Məlumatlar necə sorğulanacaq?
    Dünən, 14:42 | İran ABŞ-ın daha bir PUA-sını vurdu
    Dünən, 14:30 | Dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanıldı
    Dünən, 14:05 | Müharibəyə başlasa, Polşa 3 günə yoxa çıxacaq - Patruşev
    Dünən, 14:03 | 300 min mənimsəyən falçıya hökm oxundu
    Dünən, 13:54 | Xırdalanda qumbara partlayıb, 19 yaşlı qız ölüb
    Dünən, 13:24 | Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı
    Dünən, 13:21 | Azərbaycanda ilk dərs günündə BİABIRÇILIQ: Şagirdlər sinifdə elektron siqaret çəkdilər, canlı yayım açdılar - VİDEO
    Dünən, 13:14 | Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Dünən, 13:12 | “Sabah” rekordla başladı: 4 oyuna 11 cavabsız qol
    Dünən, 13:10 | Bakıda 33 dərəcə isti olacaq
    Dünən, 07:54 | Məktəblər və universitetlər açılır: Bakıda nəqliyyatın iş rejimi necə dəyişəcək?
    Dünən, 07:07 | Ermənistanın xilas ola bilmədiyi xəstəlik: Riyakarlıq və mənfur xislət
    Dünən, 07:01 | Aylardır qazılan yol niyə bərpa olunmur? - VİDEO
    Dünən, 06:59 | Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasından 108 il ötür - VİDEO
    Dünən, 00:00 | 15 SENTYABR AZƏRBAYCANDA BİLİK GÜNÜDÜR
    14-09-2026, 21:38 | Qazaxda şəhid baş leytenant Yunis Kazımov bu gün ildönümündə ehtiramla yad edilib
    14-09-2026, 21:21 | Putin bunu düşünməklə yanlış edir - Rutte
    14-09-2026, 21:20 | "Sabah" səfərdə böyük hesabla qalib gəldi
    14-09-2026, 21:12 | “Qurdlar Vadisi”nin ssenaristləri 2 saatdan çox ifadə verdilər
    14-09-2026, 21:07 | Sovetskidə söküntü ərazisindən meyit tapıldı
    14-09-2026, 21:05 | "Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi
    14-09-2026, 21:00 | Sabah Yasamalın bu ərazilərində qaz olmayacaq
    14-09-2026, 17:50 | Ağstafada aqropark və iri fermer təsərrüfatlarında monitorinq aparılıb - Fotolar
    14-09-2026, 14:35 | O biri qızı da xaricdə yaşayacaq - FOTO
    14-09-2026, 14:33 | Aeroportda sərnişinlərin baqajından gömrükdən gizlədilən dərmanlar və siqaretlər aşkarlanıb
    14-09-2026, 14:31 | Rusiyaya yardım üçün 50 minlik ordu göndərirlər
    14-09-2026, 14:29 | Xırdalan–Bakı qatarlarının hərəkət vaxtı qısaldılır
    14-09-2026, 07:58 | Azərbaycanda bəzi hallarda cinayət məsuliyyəti aradan qalxır - Qanun nə deyir? - VIDEO
    14-09-2026, 07:56 | Tramp administrasiyası 11 sentyabr hadisəsi ilə bağlı məxfi məlumatları açıqlaya bilər
    14-09-2026, 07:53 | Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
    14-09-2026, 07:51 | "Qalatasaray"dan minimal hesablı qələbə...
    14-09-2026, 07:49 | Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
    13-09-2026, 20:55 | Misli Premyer Liqası: "Qarabağ" və "Turan Tovuz" xal itirdi
    13-09-2026, 19:01 | 2-ci liqa: "Ağstafa Gəncləri" "Dinamo"ya qalib gəldi - Video
    13-09-2026, 18:07 | Zəbt olunmuş səkiyə görə yola çıxmaq məcburiyyətində qalırlar - VİDEO
    13-09-2026, 14:29 | Həmin gündən 4 il ötdü...
    13-09-2026, 14:20 | Sabah hava necə olacaq?
    13-09-2026, 14:12 | Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.