Elşad Quliyev: Çempionlar Liqasında iştirak etmək “Zirə” üçün əsl təcrübə oldu
Biz çempionata yaxşı başlamadıq. Elə komandalar var idi ki, biz onların bu dərəcə də güclü olacaqlarını düşünmürdük. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri minifutbol üzrə “Zirə” komandasının baş məşqçisi Elşad Quliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında klubun qarşılama mərasimində söyləyib. 46 yaşlı mütəxəssis Çempionlar Liqasının komanda üçün əsl təcrübə olduğunu vurğulayıb: “Matçlara çox yaxşı şəkildə hazırlaşmışdıq. “Zirə” komandası ilk dəfə idi ki, Çempionlar Liqasında iştirak edirdi. Komandamıza qoşulan təzə futbolçularımız var idi ki, onlarla çox az işləmişdik. Bu səbəbdən bizim üçün qarşılaşmalar bir az çətin keçdi. İlk iki oyundan sonra toparlana bildik və uğur qazandıq”.
Oxunub: 234
Xəbəri paylaş
Paylaş: