Leysan olacaq, qar yağacaq - Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ (Yenilənib)
Milli Hidrometeorologiya Xidməti dekabrın 13-ü axşamdan 14-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, 13-ü gündüzdən 14-ü gündüzədək isə əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Xidmətdənverilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Şəki, İsmayıllı, Qəbələ, Qobustan, Hacıqabul, Oğuz, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Ağstafa, Qazax, Kəlbəcər, Laçın, Neftçala, Daşkəsən, Gədəbəy, Balakən, Qax və Zaqatalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək. Salyan, Şirvan, Sabirabad, Şamaxı, Ağsu, Göyçay, Quba, Tovuz, Şəmkir, Goranboy, Gəncə, Göygöl, Ağdam, Ağdaş, Kürdəmir, Yevlax, Naftalan, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Biləsuvar, Zəngilan, Füzuli, Qubadlı və Beyləqanda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcə *** Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% təşkil edəcək. Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq.





















