45 dəqiqə dayanan ürəyi işə salan həkim danışdı: "Allah əməyimizi itirmədi" - VİDEO
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan xəstə 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb. Pasiyentin həyatını xilas edən həkim Jalə Müslümova Baku TV-yə danışıb və pasiyentin həyatını xilas etdiyi üçün çox böyük sevinc hissi yaşadığını deyib. "Allah bizim əməyimizi itirmədi. Sözügedən xəstə cavan olmasına baxmayaraq, 6 uşaq anasıdır. Bir ana öz övladlarının yanına sağlam qayıtdı", - deyə o, sözlərinə əlavə edib. Daha ətraflı videomaterialda:
Oxunub: 45
Xəbəri paylaş
Paylaş:





















