Almaniyada təyyarə insanların olduğu küçəyə eniş edib, yaralılar var
Almaniyanın Manhaym şəhərində tək mühərrikli təyyarənin hərəkətli küçələrdən birinə məcburi eniş etməsi nəticəsində 3 nəfər xəsarət alıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Tagesschau" qəzeti məlumat yayıb. Təyyarədə 23 yaşlı pilot, onun 23 yaşlı köməkçi pilotu və 37 yaşlı kişi olub. "Pilot ağır, digər iki sərnişin isə yüngül xəsarətlər alıb. Bütün sərnişinlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb", - qəzet yazıb. Hadisə yerində polis və fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub. Almaniya federal təyyarə qəzasının təhqiqat idarəsi hadisənin səbəblərini araşdırır.
Oxunub: 66
Xəbəri paylaş
Paylaş:





















