Quruma məxsus yük maşını qəza törətdi: qadın öldü
Yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən 1966-cı il təvəllüdlü Rəna Məmmədovanı vurub. Mediaxeberleri.Az Teleqraf-a istinadən xəbər verir ki, 59 yaşlı qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. İlkin məlumata görə, piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 47
Xəbəri paylaş
Paylaş:





















