DTX əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıblar - FOTOLAR+VİDEO
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar. DTX-nin Mətbuat xidmətindən Mediaxeberleri.Az-a verilən məlumata görə, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Xidmət rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib. Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoyulub.


Oxunub: 42
Xəbəri paylaş
Paylaş:





















